Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dələduzluqda təqsirləndirilən Sahib İbrahimovun məhkəməsində zərərçəkənlər ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı olan S.İbrahimov dələduzluqda təqsirləndirlilir.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərçərkmiş Elşad Qəmbərov ifadə verib.

2007-ci ildə ev aldığını deyən zərərçəkmiş bildirib ki, sonradan evinin başqa şəxsə satılmasını prokurorluğa çağrılanda öyrənib. "Orada dedilər ki, üçün başqasına da satılıb. Ancaq həmin vaxta qədər bundan məlumatsız idim. Məni heç vaxt, heç kim narahat da etməyib. Bu günə qədər də həmin evdə yaşayıram. Heç kimdən də şikayət və tələbin yoxdur".

Digər zərərçəkmiş Həlimə Ocaqverdiyeva deyib ki, evi mərhum Məzahir Səfərovdan alıb. Sonradan problem olduğunu bilib və evi satıb:

"Söz-söhbətlər olduğuna görə satdım. Sonra isə satdığın adam dedi ki, ev başqasına da satılıb. İndi problem həll edilib və şikayətim yoxdur".

Zərərçəkmişlərdən Fidan Almazov da ifadəsində sonradan evinin başqa şəxsə satıldığını eşitdiyini deyib: "2007-ci ildən aldığımız evdə yaşayırıq. Sonra öyrəndik ki, ev başqasına da satılıb. Amma bizi heç vaxt narahat etməyib. Evimizin Etibar Allahverdiyevə satıldığını bilirəm. Əvvəlcə zərər ödənilib deyilirdi. İndi baxıram ki, həmin adam şikayətçidir. İstəyərdim ki, onun zərəri ödənilsin və sonra da bizə problem olmasın. Mən də şikayətimi geri götürüm".

Zərərçəkmiş Etibar Allahverdiyevin vəkili Xəqani Imanov zərərçəkmiş Fidan Almazavodan evi neçiyə aldığını deyib. Zərərçəkmiş evi 57500 manata aldığını deyib

Xəqani İmanov isə eyni evi 10 gün sonra 82 min dollara aldıqlarını deyib. Hazırda İbrahimovdan şikayətçi yalnız odur.

Məhkəmədə digər zərərçəkmişlər də ifadə verib. Onlar təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını deyiblər.

Növbəti məhkəmə prosesi fevralın 6-na təyin edilib.

Cinayət işində 52 zərərçəkmiş var.Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib. Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qisimini ödəyib.

Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

S.İbrahimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

İttiham aktına əsasən, “STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olmaqla təsisçi olan S.İbrahimov qardaşı İ.Nehrəmliyə məxsus “Avesta”nın binasında fəaliyyət göstərib. O, təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri müştərilərə satmaqla məşğul olub.

S.İbrahimov Qurban Rüstəmovdan 42 min manat alaraq ona “STS” şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kvadratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənilib. O, Q.Rüstəmova isə “Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binadan mənzil verəcəyini deyərək aldadıb və pulunu mənimsəyib.

Həmin şirkətin direktoru Məzahir Cəfərov isə Q.Rüstəmovdan 62 min manat pul alaraq “RRR” MTK tərəfindən tikilən başqa bir mənzili ona satılması ilə bağlı saxta sənədlər verib. Həmin mənzil isə “RRR” MTK-nın direktoru Nizami Məmmədov tərəfindən öncədən qanuni əsaslarla Elşad Qənbərova satılıb.

Eyni üsulla S.İbrahimov vətəndaş Sədaqət Əsədullayevdən 75 500 dollar, İlqar Quliyevdən 81 000 dollar, Etibar Allahverdiyevdən 162 400 dollar, Mübariz Kazımovdan 96 400 dollar, Həlimə Ocaqverdiyevdən 58 431 manat, Habil Süleymanovdan 178 000 dollar, Ayxan Budaqovdan 130 000 manat, Elnur Nuriyevdən 94 220 manat, Ramiz Mürsəliyevdən 91 350 manat, Gülnar Alıyevadan 350 000 dollar, İsmayıl Cəfərovdan 126 000 manat, Zaur Mustafayevdən 202 000 manat və dgər şəxslərdən oxşar məbləğlərdə pullar alaraq dələduzluq yolu ilə mənsiməyib. O, həmin vətəndaşlara saxta sənədlər əsasında ev satdığını qeyd edən arayışlar verib. Lakin həmin evlər daha əvvəl başqa şəxslər tərəfindən əls sahiblərinə satılıb.

Bundan başqa, S.İbrahimov Teymur Əliyev küçəsində yerlşən Zabir Hüsyenovdan villasını 2,6 milyon dollara alacağını vəd edib. O, həmin şəxsə 500 min dollar nağd pul və 1,1 milyon dolların əvəzində Nəsimi rayonunda 3 mənzil verib, qalan 1 milyon dolları isə ödəməyib. Bir müddət sonra isə həmin pulun əvəzinə Z.Hüseynovun övladları Zaur, Zamiq, Könül və Gülbacıya - hərəsinə bir mənzil satdığını qeyd edilən saxta sənədlər təqdim edib. Lakin sonradan həmin mənzillərin başqa şəxslərin adına olduğu müəyyənləşib.

Həmçinin S.İbrahimov 1,5 milyon manatı vergidən yayınaraq ödəməməkdə ittiham olunur.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »