Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəzi sahibkarlar quş ətinin çəkisini süni şəkildə artırırlar – Agentlik sədri
"Ötən ilin iyul-dekabr ayları ərzində baytarlıq sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində 1315 infeksion və invazion xəstəliklər aşkarlanıb"

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O qeyd edib ki, ölkədə "quş qripi" xəstəliyi aşkarlanmayıb: "Baytarlıq sanitariya ekspertizası zamanı 30 ton bal dövriyyədən çıxarılıb, 2036 xəbərdarlıq edilib, 29 məhvetmə ilə bağlı icrası məcburi olan qərar verilib, 34.2 ton məhsul ixracatçı ölkəyə geri qaytarılıb".

Q.Təhməzli eyni zamanda, ölkədə quşçuluq sahəsi ilə məşğul olan sahibkarlar bəzən süni şəkildə toyuğun çəkisini artırırlar:

"Dondurulmuş quş ətinin nəmlik faizi 4 olmalıdır. Lakin bəzi işbazlar nəmlik faizini 22-24 edirlər. Bu da öz növbəsində istehlakçının aldadılmasına gətirib çıxardır. Hazırda qurumumuz bu sahəyə ciddi nəzarət edir".

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »