Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro 1 milyard avro ayırdı - Xalqın könlünü almaq üçün

Hakimiyyətini itirməkdə olan Venesuela prezidenti Nikolas Maduro xalqın könlünü almaq qərarına gəlib. Dövlət başçısı son açıqlamasında ölkədəki yeni abadlıq işləri üçün 1 milyard avro ayrılacağını deyib.

Bizimyol.info xəbər verir ki, Maduro bu haqda “Twitter”dəki səhifəsində yazıb. Prezident abadlaşdırılacaq 62 şəhərin siyahısını da verib.

Maduro bu işə ad da tapıb. İşlər “Gözəl Venesuela” proqramı çərçivəsində həyata keçiriləcək. Maduro bununla həm də Venesuela şəhərlərini Latın Amerikasında ən gözəl etmək istədiklərini bildirib.

Prezident işləri yüksək səviyyədə edəcəklərini söyləyib. İlkin mərhələdə abadlıq işlərinə 100 milyon avro ayrılır.

Xuan Quaydo

Maduronun bu layihəni ölkədəki vəziyyətə görə ortaya atdığı sirr deyil. Venesuelada faktiki inqilab olub və müxalifət lideri Xuan Quaydo özünü prezident elan edib.

Donald Tramp

Hətta dünən axşam ABŞ prezidenti Donald Tramp ona prezidentliyə başlaması münasibəti ilə təbrik mesajı da göndərib.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »