Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanla münasibətlərdə irəliləyiş olan kimi təxribata əl atırlar" - Münasibət
"Yəqin, siz də inkar etməzsiniz ki, sülh tərəfdarı olmaqla boynunu könüllü şəkildə baltanın altına qoymaq və bunu sülhə meyl adlandırmaq eyni şey deyil. Bəli, mən azərbaycanlı dostlarımda ünsiyyətdə olmaq imkanı qazanmaq, onlara qonaq getmək, həftə sonları bizə dəvət eləmək, azərbaycanlı həmkarlarımla birgə araşdırmalar aparmaq istəyirəm, ancaq bu zövqü almaq xatirinə öz körpəmin təhlükəsizliyini qurban verməyə hazır deyiləm".

Bu sözləri Azlogos.eu saytına müsahibəsində "AzeriChild" saytının rəhbəri, sosioloq Armine Adibekyan deyib. Həmçinin o müsahibəsində Azərbaycanı uşaq dərsliklərində ksenofobiyanın aşılandığını, ksenofob ifadələrə yer verildiyini qeyd edib:

"Xalqları sülhə hazırlamaq üçün təhsil sistemini dəyişmək lazım gələcək, təhsildə istifadə edilən ədəbiyyatı, uşaq ədəbiyyatını, ritorikanı, layihələri dəyişmək lazım olacaq, ksenofobik ifadələrə görə məhkəmə prosesləri başlanmalı olacaq. Yəni, bir neçə onillik boyu Azərbaycanda uşaqları yetişdirən dərsliklər “yanlış” elan edilməli, yenidən özü də əks şeyləri içərərək, yazılmalıdır. (Mən Ermənistandakə dərslikləri elə də bəyənmirəm, amma ksenofobiya məsələsində bizdə vəziyyət daha yumşadır, kökündən dəyişib əks şeyləri yazmağa ehtiyac yoxdur). Buna illər gedəcək, nəsillər cəlb ediləcək. Xalqlar Əliyev və Paşinyanın əmri ilə bir səhər oyanıb, bir-birini sevə bilməzlər. Özü də məktəbdə ermənilərin satqın olduğunu, Azərbaycan torpaqlarına sonradan onlara soyqırım tutsun deyə, yerləşdirildiyini eşidə-eşidə".

Politoloq Nəzakət Məmmədova Bizimyol.info-ya açıqlamasında qeyd edib ki, əgər Azərbaycan ksenofob olsaydı ermənilər Azərbaycana qarşı bu qədər qəddarlıq edib, ərazilərini işğal edə bilməzdi:

Nəzakət Məmmədova

"Ermənilər nə deyirsə, desin, biz hamımız yaxşı bilirik ki, erməni uşağı doğulanda onun qulağına pıçıldanan ilk söz "Türk sənin düşmənindir"olur. Ailədə, bağçada, məktəbdə, universitetdə, cəmiyyətdə bir erməniyə təlqin olunan ən əsas "böyük Ermənistan" yaratmaq və guya buna əsas maneə olan, tarixən ermənilərə məxsus torpaqları tutmuş və guya 1915-də ermənilərə qarşı "soyqırım" "törətmiş" türkü düşmən görmək ideyasıdır. Ermənilər bu ideya ilə doğulur, bu ideya ilə yaşayır və ölürlər. Onların ideoloqları, erməni kilsəsi yaxşı başa düşür ki, bu, yalandır, xalqı aldadırlar. Sadəcə, dünyanın müxtəlif yerlərinə səpələnmiş erməniləri birləşdirəcək bir ideya olmalıdır ki, bu da "böyük Ermənistan" və saxta "soyqırım" ideyalarıdır. Bu həm də həmin xalqın genetik yaddaşı ilə bağlıdır. Erməni tarixini araşdıran alimlər etiraf ediblər li, heç bir xalqın tarixi bu qədər saxta, dolaşıq, yalanla dolu deyil. Erməniləri isə Qafqaza səyahət edən səyyahlar hiyləgər, məkrli xalq kimi səciyyələndiriblər. Onlar Azərbaycanı ksenofobiyada ittiham edirlər. Halbuki tarix boyu Azərbaycan türk xalqı çox tolerant, mərhəmətli, humanistliyi ilə secilmişlər. Biz ksenofob olsaydıq, ermənilər başımıza bu qədər oyun aça bilməzdilər. Onların Türkiyəyə, İrana, Gürcüstana ərazi iddiaları olub, ancaq Azərbaycan torpaqları hesabına dövlət yarada biliblər, cünki bizim xalq dediyim kimi tolerant, sülhsevər xarakterlidir ki, ermənilər də xanlıqlar dövründən başlayaraq bundan məharətlə istifadə ediblər. Bir xalqın düşüncə tərzini göstərən ən əsas onun folklorudur. Erməni nağıllarında, atalar sözlərində biz daima qəddar türk obrazı ilə qarşılaşırıq. Mən hələ çəkilən bədii və sənədli filmləri, yazılan saxta tarix kitablarını demirəm. Bu, ermənilərin qeyri-tolerantlığının, başqa xalqlara nifrətinin bariz nümunəsidir. Əgər bu gün Ermənistan monoetnik dövlətdirsə, orada 1 nəfər də azərbaycanlı yaşamırsa, bu, həmin xalqı olduğu kimi səciyyələndirir".

Kamran Əsədov

Məsələ ilə bağlı Bizimyol.info saytına danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, orta məktəblərdə istifadə olunan dərsliklərdə ksenofobiya yoxdur və bir çox dərsliklərə baxsaq görərik ki, bir çox fənlərdə, məsələn, dərsliklərdə tolerantlıq, mehriban qonşuluq və bütün dinlərə, xalq və millətlərə hörmət mövzusunda materiallar yerləşdirilib. Lakin onların dərsliklərinə, ədəbiyyatlarına nəzər salsaq görərik ki, onların vəsaitləri bizə qarşı düşmən mövqedə olan vətəndaş yetişdirməyə yönəlib"

"İlk növbədə qeyd edim ki, Azərbaycanda orta məktəblər üçün hazırlanan dərsliklərin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir.

Mən düşünmürəm ki, orta məktəblərdə istifadə olunan dərsliklərimizdə ciddi şəkildə ksenofob var. Baxsaq görərik ki, bizim orta məktəb dərsliklərində şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, Vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət etməsinə yönələn ideyalar ətrafınfa, dünyəvilik prinsipinə riayət edilmək istiqamətində, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara uyğun infirmasiyaların verilməsi istiqamətində, milli, dini, irqi, cinsi və siyasi ayrıseşkilik təbliğ edən fikirlər, mübahisə doğuran məlumatlar olmaması yönündə böyüməsini hədəfləryən kitablar hazırlanır.

Orta məktəb kitablarımız tolerantlığına görə dünyaya nümunədir. Biz azsaylı dövlətlərdənik ki, bütün dünya ölkələrinin tarixinə, ədəbiyyatına, coğrafiyasına dərsliklərimizdə yer verrik və bundan hansısa məqsəd üçün istifadə etmirik.

Dövlət siyasətinin də əsasını tolerantlıq təşkil edir. Hətta Azərbaycanın birinci xanımı, Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan Parisin ürəyində" adlı layihə çərçivəsində çıxışı zamanı demişdir “Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşib. Ölkəmiz Asiya ilə Avropa arasında təbii bir körpüdür. Əlbəttə, bu coğrafi yerləşmə ölkəmizdəki mədəni müxtəliflikdə öz rolunu oynamışdır. Əsrlər boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar. Biz çalışırıq ki, münaqişə sülh yolu ilə öz həllini tapsın. İstəyirik ki, bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq genişlənsin.”

Burda qeyd olunan faktlar dərsiklərimizdə də öz əksini tapıb. Xatırladım ki, ermənilərə qarşı nifrət ayrıca fənn kimi, mövzu kimi məktəblərdə tədris olunmur, dərsliklərə salınmayıb. Yalnız tarixin müəyən dövrlərində ermənilərin etdikləri vəhşiliklər, terror aktları məlumatverici informasiya kimi dərsliklərə yer alıb ki, bu da normaldır. Yəni bu Amerika, Avropa ölkələrinin dərsliklərində də var. Yəni hər bir xalq inkişaf yolunda qarşılaşdığı faciələri, tarixi hadisələri dərsliklərində qeyd edir və bu heçdə başqa xalqa nifrət toxumu əkmək məqsədi güdmür. Dərsliklərə baxsaq görərik ki, bir çox fənlərdə, məsələn, dərsliklərdə tolerantlıq, mehriban qonşuluq və bütün dinlərə, xalq və millətlərə hörmət mövzusunda materiallar yerləşdirilib. “Həyat bilgisi” dərsində uşaqların yaş qruplarına uyğun olaraq bu tipli bilgilər verilir.

Azərbaycan təhsili, Azərbaycan məktəbi, Azərbaycan dərsliyi erməniyə nifrət ruhunda, o biliyə malik şagird, vətəndaş yetişdirmir. Azərbaycan məktəbi vətəninə, xalqına, onun adət-ənənələrinə, tarixinə hörmətlə yanaşan, onu sevən, qoruyan vətəndaş yetişdirir ki, bu da normal haldır. Onların özlərinin kitabları, tərbiyə üsulu bizə qarşı düşmən mövqeydə olan vətəndaş yetişdirməyə yönəlib".

Bizimyol.info-ya açıqlama verən Milli Məclisin deputatı Araz Əlizadə deyir ki, əfsuslar olsun ki, biz övladlarımıza vəfənpərvərlik, düşmənə nifrət hisslərini aşılamırıq, lakin ermənilər Zori Balayanın "Ocaq" kitabını gəlinlərinə cehiz verib, övladlarına lay-lay kimi " Azərbaycan xalqı, türk milləti ermənilərin ömrlük düşmənidir" deyə düşmənçilik aşılayırlar:

Araz Əlizadə

"Ermənilərdən fərqli olaraq biz heç vaxt başqa xalqlara qarşı düşmənçilik aşılamırıq. Hətta indinin özündə də gedib ermənilərlə təmasda olanlar var. Hətta elə adamlar var ki, deyirlər ki, müharibəni tez bitirin, biz ermənilərlə dost olmalıyıq. Odur ki, bizdə bu yoxdur.

Lakin ermənilərin müqəddəs kitabı sayılan, Zori Balayanın "Ocaq" kitabıdır. Qızlar ərə gedəndə onlara bu kitabı cehiz kimi verirlər. O kitabda da yazılıb ki, Azərbaycan xalqı, türk milləti ermənilərin ömrlük düşmənidir. Bunu isə anaları lay-lay kimi beşikdə uşaqlarına oxuyurlar. Burada demək yerinə düşərdi ki, "Oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı".

Əfsuslar olsun ki, bizdə vətənpərvərlik, düşmənə nifrət və s. hissləri övladlarımıza aşılamırıq. Bunun da acı nəticəsini hazırda dadmaqdayıq. Biz 2018-ci ili çox tez unutduq. Heç bir müəllimlərimiz də şagirdlərinə demir ki, ermənilər Azərbaycan torpağında yaranıb. İndiyə qədər demirik ki, dəfələrlə bizim torpaqlarımızı alıb, ermənilərə veriblər. Bunların heç birini biz övladlarımıza demirik, amma deməliyik.

"Böyük vətən" müharibəsi dövründə nə qədər ki, SSRİ uduzurdu, şüar "Alman faşistlərinə ölüm" idi, Stalinqraddan sonra isə bu dəyişərək oldu "Faşistlərə ölüm". Biz hələ "erməni faşistlərinə ölüm" şüarını beyinlərə yeridə bilməmişik.

Bu yaxında Almaniya Bundestaqının nümayəndələri Bakıya gəlmişdilər. Mən onlara danışırdım ki, bizim torpaqlarımız işğal olunub, müharibədə məğlub olmuşuq, Rusiya ermənilərə kömək edib və s. Onlar bir neçə gün Bakıda qalandan sonra mənə dedilər ki, olar sizə bir sual verək? O mənə sual verdi ki, mən baxıram sizin televiziyalarınıza, siz məğlub olduğunuz halda bütün günü televiziyalarda çalıb oynayırsınız, qalib gəlsəniz nə edəcəksiniz? Yəni bu artıq o müsahibə verən erməni xanımın sualına tam əsnada cavab idi".

Aydın Hüseynov

Milli Məclisin digər deputatı Aydın Hüseynov isə qeyd edib ki, diplomatik münasibətlərdə irəliləyiş olan kimi bu vəya digər formada boş-boş iddialar ortaya ataraq, təxribatçılıq edərək danışıqlar, razılaşmalar prosesinə mane olmaq istəyirlər:

"Armine Adibekyana sualım var. Birinci sualım odur ki, bütün dünyaya car çəkib, türklərin düşmən olduğunun təbliğatını aparan kimlərdir?

İkinci sualım, əgər biz ksenofobuqsa, birlikdə yaşaya bilmiriksə, necə olur Bakının mərkəzində 200 min erməni, bütövlükdə Qarabağda 180 min erməni necə yaşayıb?

Ermənilərin olduğu ölkədə terror var, qarşıdurma var, iğtışaşlar var. Eyni zamanda bir müddət sonra yaşadıqları ölkənin,d övlətin ərazilərinə iddialar var. Ermənilər Gürcüstanın Batumisinə iddia edir, Türklərin Ağrıdağına iddia edir, Azərbaycanın Qarabağına iddia edir, Rusiyadan Krasnadara iddia edir. Yəni xəstə təxəyyüllü bir millət öz dərdlərini özlərində görməlidirlər, torpaq iddialarından, terrordan, insanlığa sığmayan vəhşiliklərindən əl çəkməlidirlər. Xocalıda etdiklərini unutmamalıdırlar.

Sadəcə olaraq onlar görürlər ki, bir az diplomatik münasibətlərdə irəliləyiş var, dünyanın özü də artıq Ermənistana təzyiq edir ki, işğalçılıq siyasətlərindən əl çəksinlər, ona görə də bu vəya digər formada boş-boş iddialar ortaya ataraq təxribatçılıq edərək danışıqlar, razılaşmalar prosesinə mane olmaq istəyirlər".

"Cümhuriyət" qəzetinin baş redaktoru Rafail Becanov qeyd edir ki, "AzeriChild" saytının rəhbəri, sosioloq Armine Adibekyanın Günel Mövluda verdiyi müsahibə də bir erməni zehniyyətinin məhsuludur və erməni zehniyyəti isə yalan, məqsədli şəkildə başqa millətlərə böhtan atmaq üzərində tarixən formalaşıb:

Rafail Becanov

"Əslində Azərbaycanın və azərbaycanlıların ən böyük problemi ksenofob olmamaları, bu tip ədədbiyyatımızın olmamaından irəli gəlib. Elə buna görə İrəvanı, Göyçəni, Zəngəzuru itirmişik. Sonra da Qarabağ problemi və nəticədə də 20 fazi torpağımız işğal olunub, 1 milyondan çox vətəndaşımız qaçqın düşüb. Ermənilər isə tarixən ksenofob düşüncənin daşıyıcısı olublar. Nəinki daxildə yaşayanlar, hətta diasporalarının da fəaliyyəti hər zaman normal qonşuluq münasibətlərini dağıdan, millətlərarası münasibətləri pozan elementlərin üzərində qurulub. Bu proses isə nə indinin, nə 50 ilin məhsulu deyil. 100 ildən də böyük bir prosesdir. 1905-ci ildən isə açıq müstəviyə keçib. Ötən əsrin 18-20-ci, 48-50-ci, 88-89-cu illərində azərbaycanlılar öz tarixi torpağlarından - Göyçədən, Zəngəzurdan, İrəvandan deportasiya olunub. Dəfələrlə azərbaycanlılara qarşı qətliam törədilib. Sonda da Qarabağ və ətraf rayonlar işğal olunub. Xocalı soyqırımı törədilib. Tarixi faktlar hansı millətin, hansı dövlətin ksenofob olmasını göstərir. Ermənilər hansısa fakt göstərə bilərlərmi ki, orada Azərbaycan dövləti, azərbaycanlılar, yaxud Azərbaycan hərbçiləri erməniləri kütləvi qırıb, uşaqlara, qocalara belə rəhm etməyiblər? Təbii ki, yox! Amma 92-ci ilin fevralın 26-da Xocalıda ermənilərin törətdiyi vəhşiliklə bağlı yüzlərlə foto, video faktlar var.

Azərbaycan tolerant, çoxmillətli, multukultural dövlətdir. Ermənistan isə monoetnik. Kimin ksenofob olması, millətin nifrət və aqressiya ruhunda olmasını ən əsas göstəricilərindəndir.

"AzeriChild" saytının rəhbəri, sosioloq Armine Adibekyanın Günel Mövluda verdiyi müsahibə də bir erməni zehniyyətinin məhsuludur. Erməni zehniyyəti isə yalan, məqsədli şəkildə başqa millətlərə böhtan atmaq üzərində tarixən formalaşıb. Olmayan bir hadisəni 100 ildən çoxdur dünyaya erməni soyqırımı kimi sırımağa cəhd edirlər. Bu zehniyyətinin daşıcılarından tolerantlıq, multukulturuallıq, həqiqət eşitmək mümkün deyil. Sosoloq olduğunu deyən adamın da müsahibəsini oxuyanda bir daha əmin olursan ki, erməni xisləti hər yerdə özünü göstərib və bundan sonra da göstərəcək. Azərbaycan ədəbiyyatını, mətbuatını təhlil edən bu saytın və onun rəhbərinin əsas hədəfi əslində erməni ictimaiyyətində, erməni gəncliyində sülh çağırışlarına qarşı dirəniş ideyalarını yaymaqdır. Ona görə də qəsdən və təhrif olunmuş formada məlumatlar yayınlayırlar. Tarixi saxtalaşdırmağa, faktları inkar etməyə yönəlik bir fəaliyyətlə mğşuldurlar. Azərbaycan torpaqları 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal olunub. Guya ksenofob olmayan ermənilər özlərinə Qarabağdan Xocalı Soyqırımını törədənlərdən 2 nəfərini - Köçəryanı və Sarkisyanı prezident seçiblər və 20 ilə yaxın onları hakimiyyətdə saxlayıblar. Amma bu iki prezident de-jure Azərbaycan vətəndaşı sayılırdılar. Erməni millətçiliyi, ksenofobiya deyilmi bu?".

Həmçinin Rafail Becanov erməni sosioloqun azərbaycanlı uşaqların ksenofob ədəbiyyatla böyüməsini iddia etməsini və özlərini qorxu altında saxlamağa çalışmaq cəhdlərini erməni xislətinin növbəti təxribatı adlandırıb:

"İndi də erməni cəmiyyətini guya Azərbaycanda uşaqlar ksenofob ədəbiyyatla böyüyür deyə qorxu altında saxlamağa çalışırlar. Qarabağda yaşayan erməniləri qorxutmağa çalışırlar ki, sülhə razılaşsanız, ksenofob ədəbiyyatla böyüyən bugünkü uşaqlar iyirmi ildən sonra Azərbaycanın xarici və daxili siyasətini formalaşdıracaqlar, qərarlar verəcəklər, sistemin işləməsini təmin edəcəklər və hipotetik olaraq bu gün şirin vədlərlə “ən geniş avtonomiyaya” səslədikləri ermənilərin taleyini həll edəcəklər. Təbii ki, bütün bunlar erməni xislətinin növbəti təxribatlarından biridir.

Azərbaycan prezidenti haqlı olaraq dünyanın ən yüksək tribunalarından Ermənistanın işğalçılıq siyasətinə diqqət çəkmək üçün bəyanatlar verir və konkret olaraq, bildirilir ki, sülh olmasa, bütün gərəkən vasitətələrlə torpaqlarımız azad ediləcək. Bu mövqe bütün cəmiyyətin mövqeyidir. Ermənistan rəhbərliyi də, gəncliyi də düşünməlidir ki, gələcəkdə də problemlə qarşılaşmaq istəmirlərsə, Azərbaycan torpaqlarını könüllü şəkildə tərk etməlidirlər və sülh yolu ilə torpaqların qaytarılmasını təmin etməldiirlər. Bu məsələdə isə erməni ziyalıları və özünü sosioloq adlandıranlar Azərbaycanı nədəsə ittiham etmək əvəzinə, erməni hökumətini, cəmiyyətini sülhə çağırmalıdırlar.

Təəssüf ki, biz bunun şahidi olmuruq. Erməni xisləti, erməni məkri sağlam düşüncəyə qalib gəlir və bu kimi ksenofob ideyaları yaymağa çalışırlar".

Azər Həsrət

Siyasi şərhçi Azər Həsrət sözügedən müsahibə ilə təmkinlə tanış olduğunu və müsahibədə yer alan fikirlərin tamamilə əsassız olduğunu bildirib:

"Sözügedən müsahibəni təmkinlə, emosiyasız oxumağa çalışdım və bu, alındı. Diqqətlə baxanda bir daha erməni məkrini görmüş oldum. Məsələ ondadır ki, Ermənistanın özündə və dünya erməniləri arasında türk düşmənliyi geniş təbliğ olunur. Bunun əksini heç kim sübut edə bilməz. Azərbaycanda isə uşaqlara erməni düşmənliyinin rəsmən təbliğ edilməsi haqda deyilənlər əsassızdır.

Çünki Azərbaycan sözdə deyil, əməldə multikultural ölkədir. Əgər Ermənistanda əhalinin 98 faizi erməni olmaqla ölkə monoetnikdirsə, Azərbaycan özünün etnik palitrasıyla öyünə bilər. Bu baxımdan bizdə uşaqlara ksenofobiya aşılanmadığını sübut etməyə belə gərək yoxdur. Biz, sadəcə uşaqlarımıza öyrədirik ki, torpaqlarımızı ermənilər işğal edib, Xocalı soyqırımını onlar törədib, bir zamanlar türklərin yaşadığı İrəvanı belə əlimizdən tam alıblar. Bütün bunlarsa bizim uydurmamız deyil, dəlillərlə sübut edilən tarixi gerçəkliklərdir. Əgər hansısa bir erməni bunun əksini sübut edə bilirsə, buyursun. İndi bizə nə edək? Onların fikrincə biz tarixi gerçəklikləri uşaqlarımıza öyrətməməliyik? Necə olur ki, onlar uşaq dil açmamış onun qulağına saxta soyqırımı nağılını pıçıldayanda düzgün olur, bizsə ən adi gerçəkləri dilə gətirəndə ksenofob oluruq? Dediyim kimi, adi erməni məkridir".

Axar.Az saytının baş redaktoru Anar Niftəliyev Armine Adibekyana sual ilə xitab edərək bildirib ki, Ermənistanda 1 azərbaycanlı qalmadığı halda Bakıda 30 min erməni ailəsi yaşayırsa, bunlar hansı "ksenofobiyadan" xoflanıblar? Həmçinin Anar Niftəliyev birgə yaşayışın mümkün variantına da toxunub və bildirib ki, işğal altında olan torpaqlar boşaldılacağı, Xocalıya görə xalq olaraq Azərbaycandan üzr istəyəcəkləri və digər sadalanan hallar təmin olunacağı təqriddə birgə yaşayış təmin edilə bilər:

Anar Niftəliyev

"Əvvəla, ermənilər yüz ildən artıqdır azərbaycanlıları müxtəlif vaxtlarda qətlə yetirib, torpağını işğal edib və az sonra "gəlin unudaq, təzə səhifə açaq" deyə. "mehriban qonşuluqdan" danışıb, üzdə barışıb, daxildə isə türkə nifrətlə övladlar böyüdüblər. İrəvanı bu cür mənimsədilər, Göyçə, Meğri, Zəngəzur, Dərələyəz bu cür işğal olundu, azərbaycanlıların minlərlə kəndi bu cür yer üzündən silindi. İndi biz övladlarımızı nəyi öyrətməməliyik?

Yenə Xocalını unutmalıyıq, borulara diri-diri doldurulub, hər iki tərəfdən qaynaqlanmaqla, dəhşətli işgəncələrlə qətlə yetirilən körpələrin başına gətirilənləri yaddan çıxarmalıyıq, torpaq itkisi ilə barışmalıyıq ki, ermənilərlə sülh yaradaq?

Ermənilər yüz ildir bu cür qətliamların və torpaq işğallarının unutdurulması sayəsində Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan"ı qurmaqdadırlar. Bizdən nə gözləyirlər?

Xalqımızın sülhə hazır olmasını arzulayırlarsa, işğal etdiyi torpaqları boşaltsınlar, Xocalıya görə xalq olaraq üzr istəsinlər, Xocalı qatillərini ittiham etsinlər, cəzalandırsınlar, qovulan azərbaycanlılar yurdlarına dönsün, iddialardan, dolmadan tutmuş Üzeyir bəyin bəstələrinə, xalq havalarımıza qədər oğurluqlarından əl çəksinlər, bütün bunlardan sonra illər ötdükcə yaralar qaysaqlanar, birgəyaşayış təmin edilər. Ermənistanda 1 azərbaycanlı qalmadığı halda Bakıda 30 min erməni ailəsi yaşayırsa, bunlar hansı "ksenofobiyadan" xoflanıblar? Anaların bətnindəki körpələri süngüyə keçirən ermənilərdir, türklər deyil. Nə qədər həyasız olmalısan ki, torpağını işğal etdiyin, soyqırıma məruz qoyduğun xalqa torpağını azad etmədən, yüzminlərlə qaçqınını yurduna qayıtmağa imkan vermədən, "siz barışığa hazır deyilsiniz" deyəsən".

Rövşən Əsədov

Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »