Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bütün ömrü boyu anasını axtardı, 73 yaşında tapdı - Foto

Belə fikir formalaşıb ki, övladlığa götürülən uşaqlar sonradan bioloji valideynlərini axtarmaq ehtiyacı duyurlar. İrlandiyalı Paulina Cons da sonradan bu ehtiyacı hiss edib.

Bizimyol.info xəbər verir ki, hadisə Dublində baş verib. Hələ körpə ikən ayaqqabı qutusunda uşaq evinin qarşısına atılan Paulina böyüyəndə valideynlərini axtarmaq qərarına gəlib. Hətta onların yanlış davranışı da Consu yolundan döndərməyib.

Paulina uzun müddət övladlığa götürülməsindən şübhələnməyib. Daha çox ona görə ki, çox erkən yaşında övladlığa götürülüb, uşaq evindəki həyatını xatırlamayıb. Paulina xüsusilə anasını tapmaq istəyib. Əvvəlcə bəzi uğurlar qazanıb, bir neçə uzaq qohumunu müəyyənləşdirib.

Paulina Cons yenicə tapdığı anası ilə

Qadın iki il əvvəl DNT-testdən istifadə edib. Bunu daha əvvəl etmək mümkün idi. Sadəcə, Paulina anasının onu görmək istəməyəcəyindən ehtiyatlanırdı. Həm də valideynləri onun varis olmaq məqsədi güddüyünü düşünə bilərdi.

Nəhayət, keçən ilin noyabrında Paulina anasını tapıb. 94 yaşlı Ketlin qocalar evində yaşayırmış. Demensiya xəstəliyindən əziyyət çəkən ana ilk iki görüşdə Paulinanı bir o qədər anlamayıb. Yalnız üçüncü görüşdə onu “qızım” adlandırmağa başlayıb.

“Biz o qədər oxşarıq ki, ilk görüşdə bir az qorxdum. Hətta jestlərimiz də eynidir. Kim düşünərdi ki, 73 yaşımda anamı tapacağam” – Cons belə deyib.

İndi Paulinanı daha çox bir məsələ narahat edir: atası kimdir? Bunu əqli zəiflik sindromu ilə seçilən anasından öyrənmək mümkün deyil. Görünür, onu niyə uşaq evinə atmaları da sirr olaraq qalacaq.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »