Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gecə Kiçik çillə başlayır

Xalq inancına görə, bu gecə - yanvarın 31-dən fevralın 1-nə keçən gecədən etibarən Azərbaycanda Böyük çillə başa çatır və Kiçik çillə başlayır. Böyük çillə dekabr ayının 21-dən 22-nə keçən gecə başlamışdı.

Oxu.Az-ın xəbərinə görə, Kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur.

Sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Elə çillə sözü özü də məşəqqət, əzab, əziyyət mənasında işlədilir. Kiçik çillə 20 gün davam edir.

Qədim türklərin inancına görə, qış fəsli Böyük çillə, Kiçik çillə və Boz ay olmaqla, üç hissəyə bölünür. Böyük çillə 40 gün, Kiçik çillə 20 gün, Boz ay 30 gün davam edir. Boz ayın bitməsi ilə ellərimizə Novruz qədəm qoyacaq.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »