Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcbari tibbi sığorta başqa rayonlarda da tətbiq ediləcəkmi? - Sədrdən açıqlama

“Bu il Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi üçün yeni pilot rayonlar müəyyən edilməyəcək”.

Bunu Trend-ə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. O bildirib ki, bu, icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqinin gələn ildən nəzərdə tutulması ilə bağlıdır:

“Biz bütün ölkədə bu sistemin tətbiqi üçün artıq hazırlıq prosesinə başlamışıq”.

Agentlik rəhbəri əlavə edib ki, bu il icbari tibbi sığorta sistemi ötən il olduğu kimi 3 rayonda pilot layihə şəklində davam etdiriləcək: “Həmin rayonlarda sınaqlar edirik ki, sistem ölkə üzrə tətbiq olunduqda istifadə edilən yanaşma sınanmış olsun. 2020-ci ildən bütün ölkə üzrə onun tətbiqinə başlamağı düşünürük”.

Qeyd edək ki, hazırda icbari tibbi sığorta sistemi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilir.

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »