Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Quaydonu "prezident vəzifəsinin icrasına başlaması" münasibətilə təbrik edib

Amerika lideri Donald Trampla özünü müvəqqəti prezident elan etmiş Venesuela Milli Məclisinin rəhbəri Xuan Quaydo arasında telefon danışığı olub.

Bu barədə "ABC News" Ağ Evə istinadən məlumat yayıb.

Nikolas Maduro və Xuan Quaydo

"O, (Tramp - red) onu (Quaydonu - red) prezident vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, həmçinin yenidən Venesuelada demokratiyanın bərpası mübarizəsinə güclü dəstəyini təsdiq edib", - deyə Ağ Evin açıqlamasında bildirilir.

Foto: Twitter @ABC

Qeyd edilir ki, Quaydo ABŞ-ın Venesuelanın çiçəklənməsi və azadlığına sədaqəti sözlərinə görə Trampa minnətdarlığını bildirib.

Quaydo həmçinin bütün Venesuelada bu gün və şənbə günü Maduroya qarşı keçirilməli olan iri miqyaslı etirazların əhəmiyyətini qeyd edib. (Report.az)

Paylaş »
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Yoxsul ölkədə bahalı məşğuliyyət: Bakıda alıcılar "İphone 13" üçün mağazalara axışdı
››› Evlərin qiyməti niyə artır... - Səbəblər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ “F-35”-ə ödənilən vəsaitin əvəzinə Türkiyəyə "F-16" qırıcı təyyarələri təklif edib
››› Pakistanın Ankaradakı səfiri "Üç Qardaş Təlimi" barədə danışıb
››› Azərbaycanda baş verən ağır yol qəzasında 4 nəfər ölüb, yaralanan var
Son xəbərlər
Bütün xəbərlər »