Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qara əlcəkli adam” və ya xaricdə yaşayan tanınmış həmyerlimiz əllərini niyə gizlədir?

"Azərbaycanda olmadığım üçün mahnı yaradıcılığına fasilə vermək məcburiyyətində qaldım"

Ötən gün Bakıda təşkil olunan tədbirlərin birində Azərbaycanın tanınmış bəstəkarı, hazırda Kiprdə yaşayan Cavanşir Quliyev də iştirak edib. Tədbirin qapalı məkanda keçirilməsinə baxmayaraq, bəstəkarın məclisə yun əlcəkdə qatılması diqqət çəkib. Bir çoxları bunu, Cavanşir Quliyevin əllərində hər hansı problemin və ya xəstəliyin olması ilə əlaqələndirib.

Əsl səbəbi aydınlaşdırmaq üçün isə Sputnik Azərbaycan-ın əməkdaşı Cavanşir Quliyevin özü ilə əlaqə saxlayıb. Bəstəkar əllərində hər hansı bir xəstəliyin olmadığını qeyd edərək, tədbirə yun əlcəkdə gəlməsinin səbəbini açıqlayıb: "Əlimin isti qalması üçün əlcək geyinirəm. Çünki musiqiçi üçün əlinin isti olması önəmlidir. Başqa heç bir problemim yoxdur".

Əməkdaşımız bəstəkardan son işləri, hazırkı yaradıcılığı barədə də soruşub. C.Quliyev bildirib ki, hazırda yazı-pozuyla məşğuldur: “"Oğuznamə", "Qızıl ırmaq" və "Daşqın" adlanan baleti tamamlamışam. "Daşqın" baleti Nuhun gəmisi haqqındadır".

"Bundan başqa Mikayıl Müşfiqə həsr olunmuş bir əsər üzərində də işləyirəm. Hazırda bu əsərə görə material toplayıram. Lakin əsər bitmədiyindən onun haqqında danışmağı düzgün hesab etmirəm" - bəstəkar vurğulayıb.

"Azərbaycanda olmadığım üçün mahnı yaradıcılığına fasilə vermək məcburiyyətində qaldım. Çünki mahnı elə bir şeydir ki, onun üçün gərək özüm burada olum, müğənnilərlə çalışım. Lakin ara-sıra əvvəl işlədiyim müğənnilərlə, elə Aygün Kazımova, Zülfiyyə Xanbabayeva ilə işbirliyim olub. Bir-iki gənc müğənni də var ki, məndən yeni bəstə istəyiblər" – deyə C.Quliyev əlavə edib.

Qeyd edək ki, bir neçə gündür Bakıda olan bəstəkar şənbə günü Kiprə qayıdacaq.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »