Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nikolas Maduronun tərəfdarları küçələrə çıxmağa çağırılıb

Venesuela Qurucu Assambleyasının sədri Diosdado Kabelyo Prezident Nikolas Maduronun tərəfdarlarını müxalifətin növbəti etiraz aksiyasının təyin olunduğu fevralın 2-də küçələrə çıxmağa səsləyib.

Bu barədə D.Kabelyo “Twitter”dəki səhifəsində yazıb.

“Fevralın 2-si "Bolivar inqilabı"nın 20-ci ildönümüdür. Həmin gün mən evdə oturmayacağam, biz Karakasdakı Bolivar prospektinə yeni döyüşlərə, yeni qələbələrə hazır vəziyyətdə çıxacağıq. İmperializmin hücumlarına qarşı vətənpərvərlərin birliyi! Biz qalib gələcəyik!”, - deyə o qeyd edib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »