Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsan, heyvan və bitkilərdə genetik mutasiyaların səbəbi...
Sahib Əhmədov: "Radioaktiv mədənlərin təbiətə buraxdığı tullantılar, çirklənmələr canlılara təsir edir"

"Pişik daim ətlə qidalanarsa, bağırsağı qısa olur. Amma pişiyi otla qidalandırsaq, onun bağırsaq sistemi uzun olar. Aydın olur ki, mutasiya hallarının baş verməsində qida faktoru, ətraf mühitin radiasiyası mühüm rol oynayır”

Mutasiya bir orqanizmin genotipində (genetik informasiyasında) hasil olan, görünüşünə görə ani olaraq və sıçrayışla meydana gələn dəyişiklikdir. Mutasiyalar əsasən xarici fiziki və ya kimyəvi təsirlər, nadir hallarda isə bizə məlum olmayan daxili səbəblər nəticəsində meydana gəlir.

Mutasiya hadisələrinə aid misallara son vaxtlar mətbuatda və sosial şəbəkələrdə tez-tez rast gəlirik. Texnologiyanın inkişafı sayəsində müxtəlif ərazilərdə rast gəlinən qeyri-adi görünüşlü heyvanlar, bitkilər internetdə sürətlə yayılır və geniş auditoriya qazanır.

Son illərdə tez-tez rast gəldiyimiz genetik, bioloji dəyişikliklərə təsir edən amillər nələrdir?

Məsələ ilə bağlı "Sherg.az”a danışan AMEA Zoologiya İnstitutu Herpetologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Sahib Əhmədov ətraf aləmdəki radioaktiv amillər, xarici təsirlər hesabına heyvanlarda və bitkilərdə fərqli formalar, genetik dəyişikliklər baş verdiyini deyib.

O bildirib ki, radioaktiv mədənlərin təbiətə buraxdığı tullantılar, çirklənmələr canlılara təsir edir:

"Çox zaman genetik dəyişiklik baş verir və stereotip cəhətdən üzə çıxır. Ev heyvanlarında da bunlara rast gəlirik. Məsələn, bəzən qoyunlarda qısa ayaqlılıq, orqanların azlığı və ya çoxluğu, qeyri-adi formalar özünü göstərir. Bu kimi mutasiya halları ətraf mühitlə əlaqədardır”.

Bitkilərdə, istifadə etdiyimiz heyvanlardan alınan məhsullara da belə təsirlərin olduğunu diqqətə çatdıran S.Əhmədovun sözlərinə görə, hətta insanlara da bu dəyişikliklər müşahidə oluna bilər:

"Biz geni dəyişdirilmiş qidalardan, süni məhsullardan da kifayət qədər çox istifadə edirik. Mutasiya hallarına insanlarda da rast gəlinə bilər. Təəssüf ki, cəmiyyətdə mutasiyaya məruz qalan və ya bununla doğulan insanlara eybəcər, anormal kimi baxılır.

Genetik dəyişikliklərin baş verməsinə qidaların tərkibində olan maddələr də təsir edir. Məsələn, heyvanlar üzərində eksperiment aparıldıqda, fərqli qidaların fərqli quruluş, fəsadlar törətdiyi məlum olub. Pişik daim ətlə qidalanarsa, bağırsağı qısa olur. Amma pişiyi otla qidalandırsaq, onun bağırsaq sistemi uzun olar. Beləliklə, aydın olur ki, mutasiya hallarının baş verməsində qida faktoru, ətraf mühitin radiasiya təsirlərinə məruz qalması və s. amillər rol oynayır”.

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »