Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
12 gündür dənizdə saxlanılan 47 miqrantla bağlı qərar

Almaniyanın qeyri-hökumət təşkilatı "Sea Vatc"un yanvarın 19-da Aralıq dənizində xilas etdiyi 47 miqrantla bağlı İtaliya qərar verib.

İtaliya hökuməti 12 gündür Siciliya adasında gəmidə saxlanılan sözügedən miqrantların sahilə çıxmasına icazə verib.

İtaliya tərəfi 47 miqrantın Avropa Birliyi ölkələri arasında bölüşdürülməsi şərtilə quruya çıxmasına razı olub. Miqrantlar İtaliya, Lüksemburq, Almaniya, Fransa, Portuqaliya, Rumıniya və Malta arasında bölüşdürüləcək. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »