Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici səfərə gedən kral təyyarəni özü sürüb

Çox eşitmişik ki, Avropada krallar özünü çox sadə aparır. Niderland kralı Klaus Villem-Aleksandr da belələrindəndir.

Villem-Aleksandr təyyarə sürə bilirmiş. Bizimyol.info Hollandiya mətbuatına istinadən xəbər verir ki, o, Yunanıstan reysində pilot kimi özünü göstərib. “Nikkie Plessen” aviaşirkəti krala belə fürsət yaradıb. Villem-Aleksandr işinin öhdəsindən layiqincə gəlib, heç bir problem yaranmayıb.

Kral Villem-Aleksandr / Foto: © RVD - ERWIN OLAF

Niderland mətbuatı yazır ki, kralın həyat yoldaşı Maksima da onunla gəlmək istəyib. Amma sonra ölkədə işləri çıxıb, Klausu tək yola salıb.

Villem-Aleksandr Niderlandın sayca 7-ci kralıdır. Bundan əvvəl ölkənin ən vacib adamı onun anası Beatriks idi.

Klaus iki qardaşı ilə birlikdə qəsrdə böyüyüb. Buna baxmayaraq, o, hələ uşaqlıqdan hər şeyə maraq göstərməsiylə fərqlənib. Universitetdə oxuyanda təyyarə sürməyi öyrənib. Klaus hətta hərbi xidmətdə də olub.

Son xəbərlər
Bütün xəbərlər »