Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müştəri ofisianta avtomobil bağışladı - Video

İnsanlarla yaxşı davranışın bizə yalnız faydası dəyə bilər. ABŞ-ın Kanzas ştatında “McDonalds”da işləyən Viki Andersonu bütün müştərilər sevir. Onlardan biri Vikiyə bahalı hədiyyə etməyi də lazım bilib.

“McDonalds”ın daimi müştərilərindən sayılan Kris Ellis bu restorana təkcə yeməyə gəlmir. Ona Andersonla söhbətlər də böyük zövq verir. Belə söhbətlərdən birində Kris Vikinin avtomobilsizlikdən əziyyət çəkdiyini eşidir. Qadının maşını olub, amma bir müddət əvvəl sıradan çıxıb. Viki isə avtomobilsiz işə gedib-gəlməkdə çətinlik çəkir.

Müştəri ofisianta avtomobil bağışladı / Foto: Youtube @Inside Edition

Ellis “McDonalds”a növbəti səfərində hədiyyə ilə gəlib. O, Vikiyə yeni avtomobil hədiyyə edib. Videoda da qadının necə xoşbəxt olduğu görünür.

Son xəbərlər
Bütün xəbərlər »