Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Transparency İnternational” hesabatı ilə bağlı deputatdan açıqlama

Hesabata görə Azərbaycan korrupsiya indeksinə görə 180 ölkə arasında 152-156-cı yerləri bölüşdürür.

Deputat Aydın Hüseynov: “Azərbaycanın iqtisadi baxımdan qiymətini “Davos” verib”

Beynəlxalq “Transparency İnternational” təşkilatının yanvarın 29-da dərc etdiyi Korrupsiya İndeksinə görə hesabat açıqlayıb. Hesabata görə, Azərbaycan 180 ölkə arasında 152-156-cı yerləri bölüşdürür. Bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu məlumat yayıb. O qeyd edib ki, mövqeyindən 30-34 pillə geriləyib və Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla eyni balı bölüşür.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov isə hesab edir ki, hesabat qərəzli və ikili standartlarla hazırlanıb.

“Davos İqtisadi Forumu dünyanın iqtisadi beyin mərkəzidir. İqtisadiyyat üzrə ən böyük araşdırmanı bu qurum aparır, ümumilikdə dünya ölkələrində gedən iqtisadi proseslərə də qiymət verir. Davos İqtisadi Forumunun Azərbaycana verdiyi qiyməti də bütün dünya bilir – Azərbaycan 2-ci yerdə qərarlaşıb. Eyni zamanda, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da Azərbaycan iqtisadiyyatı, ölkəmizdə gedən islahatlarla bağlı çox yüksək fikirlər söyləyib.

Ona görə bu təşkilatların adını çəkirəm ki, onlar sırf iqtisadi təhlillər aparıraraq reallığa uyğun qiymətləndirmə aparırlar. Həmçinin onalrın yaxşı mənada missiyası ondan ibarətdir ki, bütövlükdə dünya iqtisadiyyatında olan problemlərin həlli istiqamətində ideyalar verir. Azərbaycan da onlar tərəfindən ən islahatçı olkə hesab olunur.

Özümüz də görürük ki, son illər çoxsaylı uğurlarımız var. Xüsusilə “kölgə iqtisadiyyatı” ilə mübarizə, şəffaflığın təmin olunması, vergi, fiskal sahədə, maliyyə-bank sgerasında, qanunvericilikdə islahatlar bunun göstəricisidir”.

Deputat deyir ki, bu uğurları görməyən müəyyən beynəlxalq təşkilatlar qərəzli hesabatlar hazırlayır və bu ikili standartlarla yanaşmanın nəticəsidir.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »