Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərişıq" regionlarda yenidənqurma və əsaslı təmir-tikinti işlərinə başlayır
"Azərişıq" ASC 2019-cu ilin Tədbirlər Planı əsasında regionlarda yenidənqurma və əsaslı təmir-tikinti işlərinə başlayır.

Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bu gün Aran Regional Enerji Təchizatı və Satışı İdarələrinin inzibati ərazilərindən Beyləqan rayonuna avadanlıqlar yola salınıb: "Dəmir-beton dayaqlar, elektrik veriliş və kabel xəttləri Beyləqan çatdırılıb. Rayonun bir neçə kəndində artıq yenidənqurma işləri aparılıb. "Beyləqan-1" 110kV-luq yarımstansiyası yaxın vaxtlarda istismara veriləcək. Bu proses il ərzində bütün regionlarda həyata keçiriləcək".

Qeyd edək ki, ötən il 119 kənddə 0,4kV-luq şəbəkələrdə yenidənqurma işləri aparılıb. İstehlakçıların sayğacları da daxil olmaqla elektrik verilişi xəttləri yenilənib. Ağac dayaqlar dəmir-beton dayaqlara əvəzlənib.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »