Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş nazir Rusiyaya qarşı ərazi iddiası irəli sürdü
Abe: “Yaponiya suverenliyi Cənubi Kurilə də aiddir”

Tokio Yaponiyanın suverenliyinin şimal ərazilərini də, yəni Kuril adalarının cənubunu da əhatə edir. Bu haqda Yaponiya baş naziri Sindzo Abe bəyan parlamentin aşağı palatasındakı çıxışı zamanı bəyan edib: “Şimal əraziləri bizim suverenliyimizin aid olduğu ərazidir. Bu mövqeyimizdə dəyişiklik yoxdur”.

Xatırladaq ki, Kuril adaları Sakit Okeanla Oxot dənizi arasında Kamçatka ilə Xokkaydo adası arasında yerləşir. Uzunluğu 1200 kilometr, ümumi ərazisi 10,5 min kvadrat kilometr olan arxipelaq 33 adadan ibarətdir. 1989-cu ildə Severe-Kurilsk, Kurilsk şəhərlərində, eləcə də, Yujno-Kurilsk şəhərtipli qəsəbəsində və 16 kənddə ümumilikdə 29,5 min nəfər əhali yaşayrdı. 2010-cu ilə olan məlumata görə, bu rəqəm 20 min nəfərə düşüb. Adaların çoxunda insan yaşamır. Yalnız İturup, Paramaşir, Kunaşir və Şikotan adalarında əhali məskunlaşıb. Arxipelaqın cənubunda yerləşən İturup, Şikotan, Kunaşir adalarına və eləc də, Xabmai qrupuna Yaponiya iddia edir. Yaponlar bu torpaqlara – Xokkaydo və Saxalinə ilk dəfə 1635-ci ildə gəliblər. Onlardan sonra – 1711-ci ildə Kamçatka kazakları Çara qarşı qaldırdıqları üsyanın zərərini kompensasiya etmək məqsədilə bu adalara ekspedisiya təşkil edib. Artq 1-ci əsrin ilk yarısında yaponlar bu adaların bir neçəsini əhatə edən ilk xəritəni buraxmışdılar. 19-cu əsrdə Rusiya İmperiyası adaların idarəsini yaponlara versə də, İkinci Dünya Müharibəsindən sonra – Potsdam Konfransının qərarlarına görə, Sovet İttifaqı adaları özünə qaytardı. Ancaq ötən əsrin 50-ci illərində ABŞ Konqresi bu adalara Yaponiyanın iddialarını qətnamə səviyyəsində olsa da, rəsmən tanıdı. Artıq 70 ildən çoxdur ki, əvvəlcə Sovet İttifaqı ilə, ardından isı onun hüquqi varisi olan Rusiya Ffederasiyası ilə Yaponiya arasında bu adalara görə mübahisə davam edir.

Bizimyol.info

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
Son xəbərlər
Bütün xəbərlər »