Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəmil Həsənlidən Akif Nağıya cavab gəldi
Qarabağ Komitısi ilə Milli Şura aasında mitinq mübahisəsi

Qarabağ Komitəsinin (QK) fevralın 16-na təyin etdiyi növbəti mitinqə icazə verilib-verilməyəcəyi sosial mediada ciddi müzakirələrə səbəb olub. Bildiyimiz kimi, Qarabağ Komitəsinin mitinq keçirtməsi ilə bağlı müraciətinə mənfi cavab gəlsə də, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 19 yanvar tarixində, “Məhsul” Stadionunda keçirtdiyi mitinqə icazə verdi. Bu isə heç də birmənalı qarşılanmadı.

Müsavat.com-a bununla bağlı açıqlama verən Qarabağ Komitəsinin təsisçilərindən olan QAT sədri Akif Nağı Milli Şuranı ittiham edib. O qeyd edib ki, Milli Şura və yandaşları mitinqlərdə “istefa” və sair tələbləri bağırmaqla “Qarabağ tələbini arxa plana keçirmək istəyirlər”. Eyni zamanda Akif Nağı bildirib ki, Milli Şura Qarabağ Komitəsi ilə mitinq yarışmasına girərək hökuməti mitinqlərə icazə verməməyə sövz edirlər.

Akif Nağı

Akif Nağının bu iddiaları ilə bağlı Bizimyol.info-ya açıqlama verən Milli Şuranın sədri Cəmil Həsənli qeyd edib ki, Milli Şura Qarabağ Komitəsindən öncə də mütəmadi şəkildə mitinq qərarları verirdi və Milli Şuranın mitinq qərarlarının Qarabağ Komitəsinə heç bir əlaqəsi yoxdur:

"Biz 5 il ərzində 20-dən çox mitinq keçirtmişik. Mütəmadi şəkildə də mitinqlər keçirdirik. Eyni zamanda bizim də mitinqlərimizdə Qarabağ tələbi mühüm məsələlərdən biri olub. Ona görə də bu fikirlərlə razı deyilik. Akif bəy çox şeylər deyə və bir çox iddialar səsləndirə bilər. Lakin bunun heç bir əsası yoxdur".

Bizimyol.info

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »