Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ebru Gündeşi Bakıya gətirmək adı ilə dələduzluq edən müğənniyə cəza tələbi
Dələduzluqda təqsirləndirilən prodakşn rəhbərinin məhkəməsində prokuror cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində “Velizadə prodakşın”ın rəhbəri Tural Vəlizadənin dələduzluq ittihamı ilə bağlı cinayət işi üzrə proses keçirilib.

Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Cavid Hüseynovun sədrlik etdiyi kollegiyanın icraatındadır.

Prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilənin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.

O, dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. İttihama görə, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verdirəcəyini deyiərək, ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.

Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.

T.Vəlizadə “Velizadə prodakşın”ın rəhbəri olmaqla yanaşı, müğənnilik də edirdi.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »