Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnəyə işgəncə iddiasına dair rəsmi araşdırma aparılıb – DİN-dən açıqlama
“Avqustun 8-də Xəzər televiziyasının “Xəzər-xəbər” proqramında “İmişlidə inəyə ekskavatorla işgəncə verdilər” adlı videosüjetdə bir qrup şəxsin inəyi buynuzundan ekskavatorun çömçəsinə bağlayaraq su kanalına salmaları, heyvana əzab verərək onu suda o tərəf-bu tərəfə fırlatmalarını əks etdirən videogörüntü yayımlanıb. Videosüjetlə əlaqədar İmişli Rayon Polis Şöbəsində araşdırma aparılıb. Müəyyən edilib ki, həqiqətən də belə bir hadisə iyun ayının axırlarında rayonun Çahar kəndində baş verib”, - Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bizimyol.info saytına daxil olan xəbərdə belə deyilir.

Məlumatda daha sonra bildirilir ki, həmin vaxt orada olan Çahar kənd sakini Atamoğlan Nuriyev və Gövhərli kənd sakini Fərman Əzimov Rayon Polis Şöbəsinə dəvət edilərək izahatları alınıb: “Müəyyən edilib ki, həmin vaxt rayonun Çahar kənd sakini Atamoğlan Nuriyevə məxsus inək çirkab suların dolduğu kanala düşüb. Sahibi pis qoxu gəldiyi üçün su ilə yusa belə, onun kirinin getməyəcəyini və balası olan heyvanı bu vəziyyətdə evə aparmağın mümkün olmadığını görüb, traktoru olan yaxın qohumu Fərman Əzimovdan inəyi yaxınlıqdakı göldə yumaq üçün kömək istəyib. Onlar inəyi “T-28” markalı traktorun qovuşuna bağlayaraq heç bir zərər və xəsarət yetirmədən göldə yuyulması üçün bir-iki dəfə sağa-sola çəkərək hərəkət etdiriblər. Lakin yayımlanan görüntülər dəfələrlə təkrarlandığından bu seyrçilərdə işgəncə təəssüratı yaradaraq hiddət və qəzəb oyadıb”.

Sonda deyilir ki, Atamoğlan Nuriyev və Fərman Əzimov İnzibati Xətalar Məcəlləsinin 290.1.9-cu (ev heyvanı saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə) maddəsinə uyğun olaraq barələrində protokol tərtib olunub.

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
Son xəbərlər
Bütün xəbərlər »