Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Leyla Şıxlinskaya” işi üzrə istintaq yekunlaşdı
Bakı Ağır Cinayətlər Məhkəməsində “Leyla Şıxlinskaya”nın klinikasının mənimsəmədə və vergidən yayınmada təqsirləndirilən əməkdaşlarının məhkəmə prosesi davam edib. Klinikanın keçmiş baş mühasibi Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva , Yelena Abdullayevanın cinayət hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyanın icraatındadır.

Bizimyol.info xəbər verir ki, prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub və çıxış üçün söz dövlət ittihamçısına verilib. Prokuror çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Proses fevralın 5-də davam edəcək.

Təqsirləndirilən klinikanın sahibi Leyla Şıxlinskayanı, o isə keçmiş işçilərini ittiham edir.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. İstintaq Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

“Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl klinikanın sahibi Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb. Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərini 700 min manatdan çox vəsaiti ələ keçirməkdə ittiham edib.

Şəhla Abbasova istintaqa ifadəsində klinikada ancaq rəsmi mühasibatlıq işlərinə cavabdeh olduğunu, daxil olan pulların böyük hissəsinin Şıxlinskayanın Nadya adlı yaxın adamının nəzarət etdiyi “qara kassa”da cəmləndiyini, oradan isə daşınmaz əmlak alınması və digər məqsədlər üçün xarici bank hesablarına köçürüldüyünü danışıb.

Leyla Şıxlinskaya isə mətbuata açıqlamasında bu cinayət işinin onunla əlaqəsinin olmadığını bildirmişdi. “Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Bu şəxslər mənim pulumu mənimsəyib.

Qeyd edək ki, “Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayınması ilə bağlı hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılması barədə mediada məlumatlar dərc edilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »