Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərnişinsiz təyyarə Rusiyadan Venesuelaya Maduronun qızılları üçün gedibmiş

Rusiyadan Venesuelaya sərnişinsiz təyyarə yollanması xeyli şübhə doğurmuşdu. Heç kimə sirr deyil ki, şimal qonşumuz ikihakimiyyətlilik yaranmış Cənubi Amerika ölkəsinin prezidenti Nikolas Maduronu dəstəkləyir.

Maduronun əleyhdarları dünən yazmağa başlamışdı ki, böyük ehtimalla Rusiya Venesuela hökumətinə muzdlu qüvvə və silah yardımı göstərir.

Bizimyol.info xəbər verir ki, Venesuela parlamentində Rusiyanın Karakasa sərnişinsiz təyyarə yola salması ciddi müzakirə olunub. Müxalif qüvvələrin çoxluq təşkil etdiyi Milli Məclisdə laynerin Maduronun qızılları üçün gəldiyi fikri səsləndirilib. Bəyanatda deyilir ki, Venesuela mərkəzi bankından təyyarənin 20 ton qızıl üçün gəldiyi barədə dəqiq xəbər alıblar. Müxalifət bankdan açıqlama tələb edir: “Həmin qızıllar bank rəhbəri Kaliksto Orteqanın deyil, Venesuela xalqınındır”.

Milli Məclisin üzvü, iqtisadçı Xose Gerra bildirib ki, ölkənin əsas maliyyə qurumunun istənilən əməliyyatı həyata keçirmək hüququ var: “Buna baxmayaraq, xalq da bankın hansı tranzaksiyanı yerinə yetirmək istədiyini bilməlidir”.

Rusiya tərəfi hələ də susur. “Nordwind Airlines” təyyarəsinin Venesuelaya niyə sərnişinsiz uçması haqda heç bir açıqlama verilmir.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »