Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən təhlükəsiz ölkəsinin adı açıqlandı

Tez-tez ayrı-ayrı agentliklərin, nəşrlərin dünya ölkələri ilə bağlı müxtəlif araşdırmalarını görürük. Adətən, siyahılara Avropanın Şimal ölkələri başçılıq edir. Bu dəfə də nəticə fərqli olmayıb.

Bizimyol.info xəbər verir ki, “Global Finance” jurnalı dünyanın ən təhlükəsiz ölkələrinin siyahısın açıqlayıb. Cədvələ İslandiya başçılıq edir. Şimali Avropadan Finlandiya, Norveç, Danimarka və İsveç də yüksək pillələrdədir. Məsələn, şimallılar arasında ən aşağı yeri tutan isveçliləri 13-cü sırada görmək mümkündür. İlk 15 ölkənin adlarını yazırıq: 1. İslandiya, 2. İsveçrə, 3. Finlandiya, 4. Portuqaliya, 5. Avstriya, 6. Norveç, 7. Qətər, 8. Sinqapur, 9. Danimarka, 10. Yeni Zelandiya, 11. Kanada, 12. Sloveniya, 13. İsveç, 14. Çexiya, 15. İspaniya.

Azərbaycan cədvəldə 71-ci yerdədir. Qonşulardan Rusiya, İran və Türkiyəni geridə qoymuşuq. Bundan başqa, jurnal Azərbaycanı Ukraynadan, Braziliyadan, İsraildən daha təhlükəsiz ölkə sayır.

Nəşr siyahını tərtib edərkən hərbi münaqişələri, iqtisadi inkişaf səviyyəsini, əhalinin təhlükəsizliyini, təbii fəlakət ehtimallarını nəzərə alıb. Məhz müharibə amilinə görə Azərbaycan daha yüksək yer tuta bilməyib. Elə Ukrayna ilə Rusiyanı da çox aşağı pillələrə aralarındakı müharibə göndərib.

Qəribədir ki, “Global Finance” Asiyada Qətəri, Omanı, Monqolustanı və Butanı Yaponiyadan və Cənubi Koreyadan daha təhlükəsiz ölkə sayır.  Nəşr Afrikada Botsvananı fərqləndirib.

Ümumilikdə siyahıda 128 ölkənin adı yer alıb. Son pilləni Filippin tutur. Yəmən, Qvatemala, Salvador, Nigeriya, Pakistan və Kolumbiya da təhlükəli ölkələr hesab olunur.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »