Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quaydonun Venesueladan çıxışına qadağa qoyuldu, ABŞ ultimatum verdi

Xuan Quaydo özünü Venesuelanın prezidenti elan etsə də, bir çox dövlət orqanları son seçkilərin qalibi Nikolas Maduronun əlindədir. Məsələn, ali məhkəmə hələ də Maduronu dəstəkləyir.

Bizinmyol.info xəbər verir ki, Quaydoya ölkədən çıxmaq qadağası tətbiq olunub. Ali məhkəmə bununla bağlı qərar qəbul edib. Üstəlik, onun ölkədəki bank hesabları dondurulub.

Maraqlıdır ki, Quaydonun deputat toxunulmazlığına dair qərar yoxdur. Ali məhkəmə isə baş prokurorluğun vəsatəti əsasında belə qərar çıxarıb. Quaydo kütləvi aksiyalar zamanı xeyli sayda adamın ölümündə günahlandırılır. O, həm də qanunsuz mitinqlərin təşkilində ittiham olunur.

Quaydo bununla bağlı açıqlama verib. Müxalifət lideri təqib və təzyiqlərdən qorxmadığını deyib. Quaydonun sözlərinə görə, mübarizəni dayandırmayacaqlar, keçid dövrünü uğurla tamamlayacaqlar: “Venesuela, bizdə hər şey qaydasındadır. Davam edəcəyik”.

Ali məhkəmənin sədri Tarel Uilyam Saab da Quaydo haqda danışıb. Dövlət rəsmisi onun məsuliyyətdən qaça bilməyəcəyini deyib. Saab Quaydonun həbs oluna biləcəyinə eyham vurub.

Con Bolton

Məsələyə dərhal ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton reaksiya verib. Amerikalı siyasətçi “Quaydoya zərər vurmaq istəyən özünün sonrakı taleyini düşünsün” deyib.

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
››› Birinci sinif şagirdinin ölümünə səbəb kornavirusdur? – Həkimdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »