Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayev nazirlərin milli kostyum geyinməsini istəyir
Qazaxıstan prezidenti Nursultan Nazarbayev nazirləri xarici brendlərə deyil, yerli istehsal olunan kostyumlara üstünlük verməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bizdə hər şey ölkə xaricindən gətirilir. Modabaz qadınlar bir yana, modabaz kişilər də var, və onların fikrində ancaq “Channel” və başqalarıdır, bəs sadə xalq necə olsun? Ötən gün sərgidə gənclərlə keçirdiyim görüşdə mənə əla kostyum və ayaqqabılar nümayiş olundu. Sadəcə, buna lazımınca diqqət ayırmırıq. Niyə də bunu (kostyum və ayaqqabı istehsalını - red.) inkişaf etdirməyək?”, - deyə Nazarbayev Nazirlər Kabineti üzvləri ilə keçirdiyi görüşdə söyləyib.

Nazarbayev ölkədə kostyum istehsalının inkişafına dəstəyin göstərilməsini vacib hesab edir.

“Burada əyləşənlər - biz hamımız iclasa yerli istehsal olunan kostyumlarda gəlməliyik. Bunda qorxulu heç nə yoxdur”, - deyə Nazarbayev vurğulayıb.

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
Son xəbərlər
Bütün xəbərlər »