Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Şimali Koreyaya gizli təklifi üzə çıxdı

Şimali Koreyanın əsas müttəfiqlərindən biri də Rusiyadır. Dünyanın ən böyük ölkəsi Asiyanın qapalı dövləti ilə çox sahədə əməkdaşlıq edir. Şimali Koreyada nüvə silahının yaradılmasında da rusların birbaşa rolu olduğu bilinir.

Bizimyol.info xəbər verir ki, “Washington Post” qəzeti Rusiyanın Şimali Koreyaya nüvə silahının ləğvi müqabilində atom elektrostansiyasının yaradılmasını təklif etdiyini yazır. Bu məsələ hələ keçən ilin payızında müzakirə olunub. Razılaşmaya görə, Rusiya nüvə silahının istehsalı üçün vacib olan bir çox elementləri, materialları daşıyacaq. Bununla da Şimali Koreya ballistik raketlərin istifadəsindən imtina etməli olacaq, əvəzində Asiya ölkəsi yeni enerji mənbəyi tapacaq.

Qəzet yazır ki, belə sövdələşmə ABŞ və Çinin xoşuna gəlmir. Çünki bu həm də Rusiyanın Koreya yarımadasında güclənməsi deməkdir. Rusiya bu yolla regionun əsas enerji təminatçısına çevrilir. Amma mütəxəssislər hesab edir ki, Şimali Koreya ABŞ ilə münasibətləri normallaşdırmayana qədər nüvə silahından imtina etməyəcək.

Rusiyanın Vaşinqtondakı səfirliyi məsələ haqda açıqlama vermək istəməyib.

ABŞ Şimali Koreya ilə nüvə silahından imtina ilə bağlı xeyli müddətdir danışıq aparır. Keçən ilin iyunundan danışıqlar yeni fazaya qədəm qoyub. Yayda ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen In ilə Sinqapurda görüşüb bu məsələni müzakirə etmişdi. Onda tərəflər razılığa gəlmişdi ki, KXDR nüvə silahından imtina edir, əvəzində ABŞ bu Asiya ölkəsinin təhlükəsizliyinə zəmanət verir.

Amma geridə qalan müddətdə ABŞ dəfələrlə Şimali Koreyanı razılaşmanı pozmaq cəhdində ittiham edib. KXDR də öz növbəsində amerikalıları şantaj etməyindən qalmır.

Fevralda Trampla Kim Çen Inın ikinci görüşü nəzərdə tutulub. Onlar Vyetnam sammitində bir daha nüvə silahından imtina məsələsini müzakirə edəcəklər.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »