Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Türk Hava Yolları” uçuş coğrafiyasını genişləndirir
Dünyada ən çox istiqamət üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti bu ilin avqustun 21-dən etibarən İstanbul-Mexiko-Kankun (Meksika) marşrutu üzrə yeni reys açacaq.

TK181 saylı aviareys üzrə uçuşlar aviaşirkətin yeni “Boeing 787-9” təyyarəsi ilə həftədə 3 dəfə yerinə yetiriləcək.

İstanbul-Mexiko marşrutu və əks istiqamət üzrə uçuşlar dünyanın ən böyük hava limanı sayılan İstanbulun yeni aeroportundan həyata keçiriləcək. Sözügedən aeroport gələcəkdə 200 milyonadək sərnişin qəbul etməyə imkan verəcək.

Bundan başqa, 2019-cu ildə “Türk Hava Yolları” aviaşirkəti 6 yeni istiqamət üzrə uçuşlar həyata keçirəcək: Mərakeş (Mərakeş), Şarja (BƏƏ), Port-Sudan (Sudan), Bali (İndoneziya), Luksor (Misir) və Rovaniemi (Finlandiya).

Qeyd edək ki, 2018-ci ildə “Türk Hava Yolları” Fritaun (Syerra-Leone), Səmərqənd (Özbəkistan), Aqaba (İordaniya), Krasnodar (Rusiya), Morona (Ekvador), Banjul (Qambiya) və Lusaka (Zambiya) şəhərlərinə yeni aviareyslər açıb.

“Türk Hava Yolları” haqqında:

1933-cü ildə yaradılmış və həmin vaxt beş təyyarədən ibarət olan “Türk Hava Yolları” aviaşirkəti hazırda “Star Alliance” beynəlxalq alyansın və bütün dünyada 306 istiqamət üzrə uçuşlar yerinə yetirən (257 beynəlxalq və 49 daxili) 333 (sərnişin və yük) avialaynerdən ibarət olan 4-ulduzlu aviaşirkətin üzvüdür. “Türk Hava Yolları” aviaşirkəti barədə daha ətraflı məlumatı www.turkishairlines.com saytında, eləcə də “Facebook”, “Twitter”, “Youtube”, “Linkedin” və “Instagram” səhifələrində əldə etmək mümkündür.

Son xəbərlər
Bütün xəbərlər »