Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda tələbələrə əylənmək qadağan olundu

Türkmənistanda ali məktəb tələbələrindən qış tətilində ədəb qaydalarına uyğun davranış haqqında yazılı iltizam alınıb.

Bu barədə “Radio Azattık” müəllim və tələbələrə istinadən məlumat yayıb.

Tələbələr bildiriblər ki, tətilə çıxmamışdan öncə onlarla müvafiq söhbətlər aparılıb və yazılı iltizam alınıb. Konkret olaraq tələbələrə mobil telefonla danışmaq, internetdən istifadə etmək, toylara, habelə qonaq getmək və yaşadıqları kənd və qəsəbələri tərk etmək qadağan olunub.

Tələbələrə həmçinin evə yalnız qatar, təyyarə və dövlət müəssisələrinə məxsus avtobuslarla getmək tövsiyə olunub. Tətildən sonra onlar oxuduqları ali məktəbin dekanlığına biletlərin sürətini təqdim etməlidir. (Oxu.az)

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »