Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada dəhşətli qətl - Azərbaycanlını yandırdılar
Rusiyanın Tümen vilayətindəki Neftyuqansk şəhərində azərbaycanlı iş adamı İlyasov Fəzail Eldar oğlu vəhşicəsinə qətlə yetirilib.

Lent.az-ın məlumatına görə, bu barədə "Basta”ya mərhumun dayısı oğlu Mərdan Mehdili məlumat verib. Mərdan Mehdilinin bildirdiyinə görə, Fəzail İlyasov iki gün əvvəl naməlum şəxslər tərəfindən oğurlanıb.

"Rusiya polisi iki gün idi, itkin düşmüş şəxs kimi, onu axtarırdı. Bu gün səhər isə onun dükanı yandırılıb.

Hadisə yerinə gələnlər onun öz dükanında yandırıldığını görüblər”. Mərdan bəy onu da qeyd edib ki, mərhumun cənazəsi Rusiyada ekspertizadan keçirildikdən sonra Azərbaycana, Siyəzən şəhərinə gətiriləcək.Dəhşətli qətlin səbəbinə gəlincə, Mərdan Mehdili bununla bağlı məlumat olmadığını deyib.

"Onun kimsə ilə ədavəti, kiməsə borcu olmayıb. Əksinə, özü kimlərəsə borc pul verib. Qətlin səbəbi isə hələlik məlum deyil”.

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »