Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
14-cü dünya çempionu karyerasını bitirdi

Şahmat üzrə on dördüncü dünya çempionu Vladimir Kramnik karyerasını bitirib.

43 yaşlı şahmatçı bu barədə bazar günü başa çatan “Veyk-an-Zee” turnirinin rəsmi saytına bildirib. Yanvarın 12-dən 27-dək davam edən turnirdə Vladimir Kramnik hollandiyalı Yorden Van Forestlə son pillələri, 13-14-cü yerləri bölüşüb.

“Mən bir neçə ay əvvəl peşəkar şahmat karyeramı bitirmək qərarına gəldim və indi son turnirimi oynayarkən ictimaiyyətə bu barədə məlumat vermək istəyirəm”, - deyə V.Kramnik bildirib. Tanınmış qrossmeyster peşəkar şahmatçı həyatını möhtəşəm səyahətə bənzədib və bütün bunlar üçün şahmata minnətdar olduğunu deyib.

“Amma bununla belə sürətli şahmat və ya blits turnirlərində, eləcə də, şahmatla bağlı müxtəlif tədbirlərdə iştirak etmək və onların təbliğatına qatılmaq istəyirəm", - deyə Vladimir Kramnik əlavə edib.

Qeyd edək ki, Vladimir Kramnik Peşəkar Şahmat Assosiasiyasına (Beynəlxalq Şahmat Federasiyasının münaqişəsi nəticəsində 1993-cü ildə yaradılan təşkilat) görə 2000-2006-cı illər dünya çempionu olub. 2006-cı ildə Peşəkar Şahmat Assosiasiyası və FIDE-nin birgə təşkil etdiyi dünya çempionatında bolqar Veselin Topalovu məğlub edərək on dördüncü dünya çempionu adını qazanıb. Rusiyalı zəka sahibi 2007-ci ildə şahmat tacı uğrunda görüşdə hindistanlı Vişvanatan Ananda məğlub olub. (Publika.az)

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› Ukrayna Dombasda ilk dəfə “Bayraktar” pilotsuz təyyarəsindən istifadə edib
Son xəbərlər
Bütün xəbərlər »