Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycana qanunsuz gətirilən spirtli içki və siqaret aşkarlanıb - Foto

Ölkəyə qanunsuz yolla gətirilən spirtli içki və siqaret aşkar edilib.

Bizimyol.info Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinə istinadən xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi VAZ-2106 markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı vaxtı avtomobilin salonunda - ayaq altı hissəsinə qoyulan yüklərin altında üzərində “Hlebnıy Dar” yazılan 15 ədəd spirtli içki və mühərrikxanasında qara sellofan torbada, üzərində “Gold Mount” yazılan 4800 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »