Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Venesuelanın ABŞ banklarındakı aktivlərinin bir hissəsinə nəzarət Xuan Quaydoya keçib

ABŞ-ın dövlət katibi Maykl Pompeo Venesuelanın ABŞ banklarındakı aktivlərinin bir hissəsinə nəzarəti özünü Venesuela Prezidenti elan etmiş müxalifət lideri Xuan Quaydoya verib.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.

"Bu sertifikasiya Venesuelanın qanuni hakimiyyətinə bu aktivləri xalqın rifahı üçün qorumağa kömək edəcək. Digər hökumətləri də Xuan Quaydonu Prezident vəzifəsini müvəqqəti icra edən şəxs kimi tanımağa və Venesuelanın mirasının Maduronun korrupsiyaya bulaşmış rejimi tərəfindən daha çox oğurlanmasının qarşısını almaq məqsədilə oxşar addımlar atmağa dəvət edirik", - bəyanatda deyilir.

Daha əvvəl İngiltərə Bankı Nikolas Maduroya 1,2 milyard dollarlıq qızıl verməkdən imtina edib.

Nikolas Maduro

"Bloomberg"in məlumatına görə, Venesuela Mərkəzi Bankının xaricdəki ehtiyatları 8 milyard dollar təşkil edir.

Venesuela parlamentinin sədri və müxalifət lideri X.Quaydo yanvarın 23-də Karakasda təşkil edilən mitinqdə özünü Prezident elan edib. (Report.az)

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »