Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda orta aylıq əməkhaqqında artım
Azərbaycanda orta aylıq əməkhaqqı 807 manata çatdı.

2017-ci ilin yanvar-iyun aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 97,8 min nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, onların 48,6 min nəfəri binaların tikintisində, 24,6 min nəfəri mülki təyinatlı inşaat işlərində, 24,5 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 28,2 faizi dövlət, 71,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olub.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artaraq 807,8 manata çatıb. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 927,6 manat, dövlət sektorunda isə 521,3 manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə binaların tikintisində işləyənlərin orta aylıq nominal əmək haqqı 7,5 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 8,8 faiz artıb.

Paylaş »
››› "Mənə telefonu verən Ziya Məmmədovdur, deməli, qaytarmalıyam, məhkəməyə gəlsin"
››› Ulduz  falı: 08 dekabr, 2021-ci il – Köhnə əlaqələri yeniləyə bilərsiniz
››› “AZAL prezidentinin əmri ilə haqqımda 8 il həbs hökmü hazırlanıb”
››› Camaatdan pul qoparmaq üçün “sonuncu fırıldaq”: “İki ildir paylayırıq”
››› Bürclərin xarakterik xəstəlikləri hansılardır...
››› 13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
››› Şaxta Babanın Türkiyədəki vətəni haqqında nə bilirik... - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »