Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir Rusiyaya pomidor ixracı ilə bağlı yaranan problemdən danışdı

"Rusiyaya pomidor ixracı ilə bağlı yaranan problem tamamilə aradan qaldırılıb".

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 29-da Bakıda keçirilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Pomidor

Nazir bildirib ki, tərəvəz məhsullarının məhz bu növünün payına ixrac daxilolmalarının böyük həcmi düşür:

"Bundan əvvəl həmin məhsulun ixracı ilə bağlı yaranan problem həm hökumətlərarası komissiya, həm də Azərbaycan-Rusiya İşgüzar Şurası çərçivəsində həll edilib. Qaldırılan bütün məsələlər öz həllini tapıb, görüşlər təşkil edilib".

Ş.Mustafayev qeyd edib ki, hazırda bu sahədə xüsusi problem yoxdur.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »