Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda kərə yağının bahalaşma səbəbi məlum oldu - Açıqlama
Azərbaycanda kərə yağının qiyməti bahalaşıb.

Oxu.Az xəbər verir ki, ticarət şəbəkələrində kiloqramı 14,8 manata satılan “Ankor” yağının qiyməti 15,2 manata yüksəlib.

Nəzərə çatdıraq ki, ümumilikdə Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı 35 min ton dəyərləndirilir. Bunun da üçdə ikisi ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Cari ilin 6 ayında ölkəyə 32 688.14 min dollar dəyərində - 7 767.35 ton kərə yağı idxal edilib. Kərə yağı idxalı 0,4 faiz azalıb. Daxili istehsala gəlincə, hesabat dövründə 12916,1 ton kərə yağı istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artım deməkdir. Ölkənin hazır məhsul ehtiyatı isə 9,4 ton olub.

Qiymət artımını Oxu.Az-a şərh edən Azad İstehlakçılar Birliyinin sədri E.Hüseynov bahalaşmanın müxtəlif səbəblərinin olduğunu, o cümlədən bunun yerli süd istehsalının azalmasından qaynaqlandığını dedi: “Benzinin qiymətinin bahalaşması da bu prosesə təsir edib”.

Bazardakı məhsulun keyfiyyətinə toxunan ekspert indiyə qədər ekspertiza keçirilmədiyini vurğuladı: "Azad İstehlakçılar Birliyinin araşdırmalarının nəticəsi olaraq 3 növ kərə yağı əmtəə bazarından çıxarılıb. 1 kq kərə yağının istehsalı üçün azı 20 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün topdansatış bazar qiyməti isə 60 qəpikdən az deyil. Bu halda kərə yağının ucuz olması mümkünsüzdür.

Azərbaycana Yeni Zelandiyadan gətirilən kərə yağlarının keyfiyyətinə gəlincə, doğrudan da, bu yağlar təmiz kərə yağlarıdır. Bu kərə yağının qiymətinin yüksək olmaması müəssisənin rentabelli işləməsi ilə bağlıdır”.

Qeyd edək ki, minimum istehlak səbətində əmək qabiliyyətli əhali üçün kərə yağının illik istehlakı 7, pensiyaçılar üçün 5.8, uşaqlar üçün 6.0 kiloqram təşkil edir.

Bir məqamı da vurğulayaq ki, kərə yağının bahalaşması prosesi Avropada da başlayıb. Buna səbəb kimi yüksək istehlaka baxmayaraq, ehtiyatların 99 faiz azalması göstərilir. Hansı ki, nəticədə bazarda ciddi böhran və qiymət artımına gətirib çıxarıb. İlin əvvəlindən Avropada kərə yağının qiyməti 100% artım nümayiş etdirib.Təkcə iyun ayında kərə yağı 14% bahalaşıb.

Avropadakı qida şirkətləri yaxın aylarda qida bazarında kərə yağı qıtlığının yaranacağını və qiymətlərin bir qədər də artacağını bildirir.

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› ABŞ "Taliban"ın qadınlarla bağlı fərmanını alqışlayır
Son xəbərlər
Bütün xəbərlər »