Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduro hökumətinin 7 milyard dollarına həbs qoyuldu

ABŞ Venesuela prezidenti Nikolas Maduronun əlindən bütün maliyyə resurslarını almaq fikrindədir. Prezident Donald Trampın təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton Cənubi Amerika ölkəsinin əsas neft şirkəti olan PDVSA-nın 7 milyard dollarlıq aktivlərini dondurduqlarını bildirib.

“Biz Maduro və onun əlaltılarının əməllərini ortaya çıxarırıq” – Bolton belə deyir. ABŞ hökumətinin nümayəndəsi Venesuelanın süqut dövrünü yaşayan hakimiyyətinə daha xalqın sərvətini talamağa imkan verməyəcəklərini söyləyib.

Bizimyol.info xəbər verir ki, sanksiya qərarı ABŞ-ın Maliyyə Nazirliyinin rəsmi saytında da elan olunub. Bununla belə, maliyyə naziri Stiven Mnuçin aydınlıq gətirib ki, bəzi tranzaksiyaların həyata keçirilməsi üçün müvəqqəti lisenziya verəcəklər. PDVSA-nın amerikalı törəməsi və tərəfdaşı sayılan “Citgo Petroleum”a da xəbərdaqlıq edilib: işi davam etdirmək olar, bir şərtlə ki, pullar PDVSA-ya yönəldilməyəcək, ABŞ-dakı bloklanmış hesablarda qalacaq.

Boltonun dediyinə görə, təkcə 7 milyard dolları dondurmaqla kifayətlənməyəcəklər. Daha 11 milyardlıq əməliyyatlara da əl qoyulacaq.

Nikolas Maduro və Xuan Quaydo

Bir müddət əvvəl Xuan Quaydo PDVSA-ya yeni qüvvələrin, bir növ özünün rəhbərlik edəcəyinin söyləmişdi. Müxalifət lideri bununla da Venesuela sərvətlərinə sahib çıxmaq istədiklərini bildirmişdi.

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »