Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“50 milyardlıq iddia hər zaman dövlətin siyasətində əldə tutulmalıdır”
Deputat: “Məsələnin maddi tərəfindən daha çox mənəvi və siyasi tərəfləri önəmlidir”

Ermənistanın keçmiş baş prokuroru, Avropa İnsan Haqları Məhkəməsində bu ölkənin keçmiş nümayəndəsi Gevorq Kostanyan tert.am-a müsahibəsində bildirib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı Qarabağ münaqişəsi kontekstində 50 milyard dollarlıq dövlətlərarası iddia qaldırmağa hazırlaşır.

“Təəsüf ki, məndə olan məlumata görə Azərbaycan Qarabağ münaqişəsi kontenstində Ermənistana qarşı dövlətlərarası iddia qaldırmağa hazırlaşır. Bu iddia özündə siyasi, hüquqi, sosial və mədəni komponentləri birləşdirir. Daha çox narahatlıq doğuran iddianın 50 milyard dollarlıq iqtisadi komponentidir” - Kostanyan deyib.

Onun sözlərinə görə, Azərbaycanın müxtəlif Avropa ölkələrindəki səfirləri iddianın qaldırılması üçün aparıcı hüquqşünaslarla müqavilələr bağlayır, yəni vəkillər komandası formalaşdırır.

Bəs belə bir iddianın qaldırılması realdırmı və məsələ reallaşacağı təqdirdə Azərbaycanı hansı perspektiv gözləyir?

Deputat Zahid Oruc deyir ki, bu cür iddiların qaldırılmasının tərəfdarıdır. Həmçinin bu məsələnin maddi tərəfindən daha çox mənəvi və siyasi tərəfləri önəmlidir.

“Müxtəlif vaxtlarda, xüsusilə də işğal tariximizlə bağlı faciəli günlərin ildönümlərində bu məsələni hər zaman gündəmə gətirmişik. Bu məsələyə toxunarkən başqa bir nümunəni təqdim etmək istəyirəm. Bilirsiniz ki, yaxın günlərdə Leninqradın (hazırkı Sankt-Peterburq) alman faşizminin işğalında azad edilməsinin ildönümü qeyd olunmaqdadır. Bundan ötrü Rusiya məkanında sislislə tədbirlər həyata keçirilir. Qərb cameəsi Putini qınayır ki, o, İkinci Dünya Müharibəsinin nəticələrini öz mənafeləri üçün istismar edir. Digər yandan, rus xalqını ayaqda saxlamaq, hər zaman düşmənə qarşı sayıqlığını artırmaq, eyni zamanda tarixi qarşısında öz mənəvi-siyasi borcunu yerinə yetirmək üçün Risiya hökuməti bu məsələni hər zaman gündəmdə saxlayacaqdır. Bu illərin proqramıdır, bəlkə də millət yaratma işidir və s.

Bizim üçün qeyd etdiyimiz məsələdə kimsə sadə və bir qədər də bəsitləşdirilmiş möveni ortaya sürə bilər ki, məqsədimiz ermənilərdən pul qazanmaqdırmı? Əsla deyil! Çünki Azərbaycan yetərincə maliyyə imkanalrına malikdir. Lakin Leninrad məsələsinə yanaşmada ortada hansı mənzərə var? Almaniya hökuməti 12 milyardlıq vəsait ayırıb. Onlar mətn üzrə Bundstaqın qərarını çıxarıblar. Qərarda yazılıb ki, İkinci dünya müharibəsi zamanı Reyxstaqın, SS-çilərin, o zamanın ordu qüvvələrinni keçmiş SSRİ məkanında həyata keçirdiyi qəddar aksiyalardan onlar utanc hissi keçirirlər, bundan təəssüflənirlər, o ağrını yaşayan insanların faciəsini bölüşürlər. Buna görə də mənəvi tədbirlər vasitəsilə, həm də dediyimiz maliyyə ayırmaları ilə istəyirlər ki, o zaman qətlə yetirilən insanların övladlarına kiçik bir xidmət göstərsinlər. Təsəvvürünüzə gətirirsinizmi ki, ermənilər Xocalı soyqırımında həyatını məhv etdikləri, həyatını viranəyə çevirdikləri bir insan üçün oxşar addımlar atsınlar? Yaxud da hansısa azərbaycanlının müalicəsini öz üzərlərinə götürsünlər? Bizim insanımız bunu necə qarşılayacaq, ondan danışmırıq. Ən azı, Ermənistanın məlum obrazını – çünki bu faciə o dövlətin sifətinə yapışıb – dəyişdirmək üçün dediyimiz addımı atsınlar".

Deputat deyor ki, hansı formada nəticə verməsindən asılı olmayaraq, 50 milyardlıq iddia hər zaman dövlətin siyasətində əldə tutulmalıdır. "Bu, ümumən mövqeyimizi gücləndirən bir hadisədir. Qarabağda maddi-mənəvi-tarxi abidələri, insanların ev-eşiklərini yerlə yeksan ediblər. Təbii ki, bunun da dəyəri milyardlarla ölçülə bilər. Amma torpağın, və ya Vətənin qiyməti yoxdur axı! Hər kəs onu fərqli qiymətləndirə bilər”

Zahid Oruc hesab edir ki, bu cür davalar hər bir azərbaycanlının işinə çevrilməlidir. Ermənilərinm" "1915-ci ildən həyata keçirdikləri aksiyaların nəticəsində özlərini aparıb türklərin boğazına bağlamaq niyyəti əsas götürüblər. Onların çəkdirdikləri filmələr, dünya çapında aldıqları qərarların ən son nəticəsi də dediyimiz məsələlərə bağlıdır. Ona görə də çox arzulayıram ki, bu məsələlərlə bağlı xarici siyasət idarələri, parlament, həmçinin digər təsisatlar sistemli koordinasiya edilmiş fəaliyyət proqramları qəbul etsinlər. Buna çox ciddi ehtiyac var”.

Deputat əlavə edir ki, ermənilərin də buna kontr addımlar atmaq üçün əllərində müxtəlif planları var. “Bunlar da Avropa İnsan haqları məhkəməsinə müraciət edəcəklər, Haaqa tribunalına bizim müxtəlif adamalrı “cani” kimi tanıtmağa çalışacaqlar, ev-eşiklərinə dəyən ziyanın ödənilməsi üçün müxtəlif variantlara əl atacaqlar. Ancaq işğal olunan ərazilər Azərbaycana məxsudur. Ona görə də dediyimiz zərbələrin də ağır nəticələrini bütövlükdə xalqımız yaşayır. Bütün bunları nəzərə alaraq, bu cür iddiaların reallaşdırılması üçün əməli işlər görülməsinin tərəfdarıyam”.

Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi Qarabağ münaqişəsi kontekstində indiyə qədər Laçından olan bir qrup azərbaycanlı məcburi köçkünün (“Çıraqov və digərləri Ermənistana qarşı”), habelə Azərbaycandan köçüb getmiş bir qrup erməninin iddialarına baxıb. “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə AHİM 2015-ci ildə iddiaçıların xeyrinə qərar qəbul edərək, Konvensiya əsasında onların bir sıra hüquqlarının Ermənistan tərəfindən pozulmasının davam etməsini tanıyıb.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Elnur Əşrəfoğlu vəfat edib
››› İlham Əliyev Özdemir Bayraktarın vəfatı ilə əlaqədar Ərdoğana başsağlığı verib
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
Son xəbərlər
Bütün xəbərlər »