Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan Venesuelaya təyyarə sərnişinsiz uçdu

Venesueladakı siyasi böhranda prezident Nikolas Maduronun yanında Rusiya qədər möhkəm dayanan yoxdur. Rəsmi Moskva hətta bu ölkə başçısının şəxsi təhlükəsizliyini də təmin etməyə çalışır.

Bizimyol.info xəbər verir ki, Moskvadan Karakasa uçan son təyyarədə heç bir sərnişin olmayıb. İlk baxışdan adi xəbər kimi görünə bilər. Amma Qərb Rusiyanın Venesuela prezidentinə hər cür kömək etdiyini düşünür. 500 nəfərlik təyyarənin sərnişinsiz uçması istənilən halda şübhə doğurur.

“Nordwind Airlines” aviaşirkətinə məxsus layner Vnukovo hava limanından yola düşüb. Təyyarədə maddi və silah yardımı olması ehtimalı var. Maduronun hesabları dondurulandan sonra bu cür kömək variantı tamamilə mümkündür.

Təyyarə hələ Venesuelaya çatmayıb. Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi turistlərə bu Cənubi Amerika ölkəsinə getməyi məsləhət bilməmişdi.

Rusiyanın hələ bir neçə gün əvvəl Venesuelaya 400 nəfərlik xüsusi təyinatlı dəstə göndərdiyi deyilirdi. İki qrup silahlıların Sudandan Qabona keçdiyi, oradan Cənubi Amerikaya yola düşdüyü bildirilirdi. Amma ruslar xəbəri təkzib etdi.

Müxalifət lideri Xuan Quaydo isə istənilən halda Maduronun sonunun çatdığını deyir. Bir çox ölkələr onun prezidentliyini tanıyıb. Son günlər İsrail və Avstraliya da Quaydonu dəstəklədiyini bəyan edib.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »