Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Erməni jurnalistin həbxsanada ölməsi sükutla qarşılanırsa...”
Zahid Oruc: “Ermənistan tərəfindəın baş verən bu faktlar Azərbaycanın tərəfindən mütləq ermənilərin əleyhinə istifadə olunmalıdır”

Ermənistanda 52 gündür cəzaçəkmıə müəssisəsində aclıq aksiyası keçirən jurnalist Mher Yegiazaryan yanvarın 26-da ölüb. “Erməni qartallar - Vahid Ermənistan” Partiyasının sədr müavini, həmçinin “haynews.am” saytının əməkdaşı olan Yegiazaryan 2017-ci il dekabrın 4-də Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən rüşvət ittihamı ilə həbs edilib. Yerevanın “Nubaraşen” cəzaçəkmə müəssisəsində saxlanılan 51 yaşlı Mher Yegiazaryan həbsindən 1 gün sonra aclıq aksiyasına başlamışdı.

Yegiazaryanın ölümü bir sıra hüquq-mühafizə təşkilatlarının hesabatlarında öz əksini tapacağı və Ermənistanın reytinqinə mənfi təsir göstərəcəyi bildirilir.

Deputat Zahid Oruc: “Ermənistanda məhbusun ölməsi Qrəb strukturları üçün də bir testdir”

Milli Məclisin deputatı, Təhlükəüzilik komitəsinin üzvü Zahid Oruc Bizimyol.info saytına açıqlamasında deyib ki, media mənsubunun həbsxanada aclıq etməsi şəraitində ölməsi Qrəb strukturları üçün də bir testdir. "Çünki bu təşkilatlar istənilən ölkədə adi bir hadisəni makroskopik qaydada nəzərdən keçirərək, onların üzərinə yeriməyə, sanksiyalar tətbiq etməyə hazır olublar. Bunu biz öz ölkəmizin üzərində də onillərlə hiss etmişik. Mən 2010-cu ildə Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdə idim. ABŞ Dövlət Departamentində (DD) görüşlərim olmalıyıdı. Zaman fərqi ilə 11-12 saatın müqayisəsində bizdə səhər yeni açılmışdı, orada isə üzü axşama doğru getməkdəydi. Həmin vaxt hələ yarım saat idi xəbər yayılmışdı ki, insan haqları ilə bağlı bir məsələ baş vermişdi. Dərhal Xanım Hillari Klintonun dövlət katibi kimi çalışdığı yeddinci mərtəbədən binanın aşağı hissələrində bizim ölkəmizə aid olan strukturlar bu məsələyə yer vermişdilər. Yəni, məsələni geniş araşdırma predmetinə çevirmədən, baş vermiş mühüm hadisə kimi ən mötəbər mənbələrin məlumatı qaydasında bizim üzərimizdə onu bir təsir alətinə döndərməyə çalışırdılar. Eləcə də, Avropa Parlamenti, Avropa Şurası, bir çox hallarda ATƏT də oxşar addımlardan yararlanmaqdadır”.

“Paşinyan Saakaşvili ilə heç bir halda müqayisə oluna bilməz”

Deputat əlavə edir ki, bu gün Ermənistanda Paşinyan müəyyən bir cazibədarlığa malik olsa da, sələflərinin də yolunu davam etdirir:

“Bir tərəfdən keçmiş cinayətkarlığa qarşı barışmazlıq elan edib, ciddi şəkildə hüquq-mühafizə orqanlarına tapşırıqlar verib ki, bu məsələlərlə bağlı addımlar atsın. O biri tərəfdən də artan belə presedentlər var ki, artıq yeni hökumət əvvəlki iqtidarların hərəkətlərini təkrarlayaraq, onlarla eyni düşüncəyə malik olmayanların hüquqlarını pozmaqla əzici metodlardan istifadə etməkdədir. Bu da başadüşüləndir. Paşinyan özünün siyasi-idoloji imkanlarına görə Saakaşvili ilə heç bir halda müqayisə oluna bilməz. Aralarında yerlə-göy qədər fərq var. Amma bununla bərabər, gürcü cəmiyyətin Saakaşvili dövrünün bir sıra hallarda bir-biri ilə hesab aparmaq, intiqam mübarizəsi, yağmalama və sairləri əsas götürüb sonrakı dövr hakimiyyətin nümayəndələrinə meydan vermək istəmir".

“O təşkilatlardan soruşmaq lazımdır ki, siz nəyə görə, Ermənistanı süni “demokratiya adası”na çevirisiniz?”

Deputat deyir ki, Ermənistanda baş vermiş hadisəni Azərbaycan tərəfi beynəlxalq təşkilatlarla münasibətlərində ortaya qoymalıdır. “O təşkilatlardan soruşmaq lazımdır ki, siz nəyə görə, Ermənistanı süni “demokratiya adası”na çevirisiniz. Bu həm də, bizim ölkəmiz əleyhinə onların mövqeyinin gücləndirilməsi anlamına gəlir. Nəticə etibarilə, sonda Ermıənistan özünün işğalçılıq siyasətini arxa plana keçirməyə qadir olur. Bu gün Paşinyanın məlum obrazı üzərində proqram quranlar, Avropa Birliyinin xətti ilə ona milyardlarla avro yardım göstərməyə çalışanlar əvəzində bu cür pozuntu hallarını görmürlərsə, bu boyda ərazinin işğalının üzərindən də çox rahatlıqla, sükutla keçmiş olurlar. Yaxud da bir ermıəni jurnalistinin həbxsanada ölməsi sükutla qarşılanırsa, onda minlərlə Azərbaycan insanının Qarabağ savaşında həyatını itirməsi, o cümlədən o insanların bugünkü küskün durumu, təcavüzkarlıq faktı kiməsə ağrılı gəlmir. Mən belə müqayisəni qətiyyən aparmazdım. Yəni, Ermınistanın içərisində insanların durumu ilə bizim ölkəımizin həyatında olan hansısa situasiyaların müqayisəsini etmıyi düzgün saymıram. Amma hazırkı şərait bizi vadar edir deyək ki, Ermənistan tərəfindən baş verən bu faktlar Azərbaycanın diplomatik-siyasi qüvvələri tərəfindən mütləq onların əleyhinə istifadə olunmalıdır. Çünki onlar bunu əksər hallarda ediblər”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »