Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qurban Qurbanovu aldatmışam” - Kamran Ağayev

Azərbaycan millisinin və “Keşlə”nin qapıçısı Kamran Ağayev “Xəzər TV”də yayımlanan “Futbol saatı” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, təcrübəli qolkiper bir çox məsələlər haqqında açıqlama verib.

O, yığma komandanın Millətlər Liqasında keçirdiyi Kosovo ilə səfər matçına (0:4) getməməsinə görə yaranan söz-söhbətlərə münasibət bildirib. Ağayev həmin vaxt heç kimdən sifariş almadığını və zədəli olduğunu bildirib. O, həmçinin Qurban Qurbanovu aldatdığını bildirib:

“Həmin matçdan öncə zədəli idim. Sadəcə bunu Qurban Qurbanovdan gizlətmişdim. Etiraf edirəm ki, onu aldatmışam. Amma burda səhv etmişəm. Bilirəm ki, Qurbanov səfərə getməməyimə görə məndən incimişdi. Bununla bağlı danışdıq. Ona dedim ki, mən düşünmədim getməməyim komandaya təsir edər. Siz mənə desəydiniz ki, “gəl səfərə” gələrdim. Amma özüm bunu düşünmədim”.

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »