Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə Nazirliyindən açıqlama: "Qızılca peyvənd olmayan insanlar arasında qeydə alınır"
Azərbaycanda qızılcaya yoluxma halları ötən ilin dekabrın ortalarından qeydə alınmağa başlayıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, xəstəliyə yoluxma, əsasən, böyüklər arasında qeydə alınır:

"Yoluxma hallarının 90 faizi böyüklər arasında olur. Azərbaycanda qızılca peyvəndi olmayan insanlar arasında da qeydə alınır. Bu insanlar uşaq yaşlarında və 2006-cı ildə ölkədə aparılan kampaniya zamanı müxtəlif səbəblərdən peyvənddən kənarda qalıblar".

A.Əliyeva qeyd edib ki, Avropa ölkələrində, eləcə də Azərbaycanla qonşu ölkələrdə qızılca xəstəliyinə yoluxanların sayının həddindən artıq olmasını nəzərə alaraq, mart ayında ölkəmizə böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə vaksinin gətirilməsi nəzərdə tutulur: "Ölkəyə vaksinlər gətirildikdən sonra yaşlı əhalinin də peyvənd edilməsi üçün elan veriləcək".

Azərbaycanda qızılcaya yoluxmanın tək-tək hallarda uşaqlar arasında da qeydə alındığını və bu uşaqların peyvənddən kənarda qaldığını deyən Mərkəz rəsmisi tövsiyə edib ki, valideynlər peyvənddən kənar qalan uşaqlarını peyvənd etdirsinlər:

"Bu xəstəliyin profilaktikasında əsas yol peyvəndin aparılmasıdır. Əgər uşaq və ya böyük peyvənd olunubsa, onda xəstəliyə qarşı uzunmüddətli immunitet yaranır və yanında xəstə insan olduqda xəstələnmir. Ona görə də tövsiyə edərdik ki, uşaqlar peyvənd edilsin. Peyvənd təqviminə görə uşaqlar 1 yaşında və 6 yaşında peyvənd edilməlidirlər. Əgər valldeynlər uşaqlarını hər hansı səbəbdən təqvimə uyğun peyvənd etdirməyiblərsə, yenə də gec deyil. Valideynlər peyənd edilməyən uşaqlarını 10 yaşına qədər ərazi tibb müəssisələrinə müraciət edərək peyvənd etdirə bilərlər".

A.Əliyeva əlavə edib ki, Azərbaycanda qızılcaya yoluxma sonuncu dəfə 2013-cü ilin yanvar-iyul aylarında qeydə alınıb. Həmin ilin iyul ayından ötən ilin dekabrına qədər isə Azərbaycanda qızılcaya yoluxma baş verməyib.

Paylaş »
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
Son xəbərlər
Bütün xəbərlər »