Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni jurnalistin ölümü ilə bağlı AP-yə müraciət

Beynəlxalq Dialoq və İnkişaf Alyansı insan haqları ilə bağlı Avropa Parlamentinə müraciət edib.

Müraciətdə Ermənistanda insan haqlarının pozulmasının davam etdiyi, siyasi məhbusun açlıq aksiyasından dünyasını dəyişdiyi bildirilib. Qeyd olunub ki, özünü demoktarik dövlət adlandıran Ermənistan, əslində, beynəlxalq qanunlara məhəl qoymayan, insan haqlarının pozulduğu bir məkana çevrilib.

“Bu gün dünyanın aparıcı təşkilatlarının, həmçinin AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digər beynəlxalq təşkilatların “innovasiyalar ölkəsi” adlandırdığı Ermənistanda nəinki demokratiyadan, hətta qanunun aliliyindən belə bəhs etmək üçün əsaslı səbəb yoxdur. Azərbaycanda seçkilərin keçirilməsinə, insan haqları ilə bağlı məsələlərə böyük həssalıqla yanaşan beynəlxalq qurumların Ermənistanda insan haqlarının kobud şəkildə pozulması, günahsız insanların həbs olunması, seçki prosesinin saxtalaşdırılması və digər məsələlərə etinasızlıq göstərməsi təəccüb doğurur. 17 yanvar 2019-cu il tarixdə Avropa Parlamenti "Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi” - 2019/2511 saylı, reallığı əks etdirməyən, əsassız qətnamə qəbul edib və bloger Mehman Hüseynovun işini diqqətə alır. Lakin bu gün “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus, jurnalist Mqer Yegiazaryanın aclıq aksiyasından ölüm xəbəri bütün dünya, o cümlədən Amerika və Avropa mətbatında yayılmasına baxmayaraq, beynəlxalq təşkilatlar məsələni sükutla qarşılayırlar.

Beynəlxalq Dialoq və İnkişaf Alyansı Avropa İttifaqı Parlamenti üzvlərini Cənubi Qafqaz regionunda ikili standartlara son qoymağa, beynəlxalq hüquq normalarını fərq qoymadan, bərabər tətbiqinə çağırır”, - müraciətdə bildirilib. (Axar.az)

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »