Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aprel şəhidləri ilə bağlı film çəkilir
Media İnkişaf Mərkəzi İctimai Birliyi (MİM İB) yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə “Aprel döyüşlərinin qəhrəmanlarının gənclər arasında təbliği ilə bağlı tədbirlərin təşkili” adlanır.

Yenicag.az xəbər verir ki, layihənin məqsədi 2016-cı il aprel döyüşlərində iştirak etmiş, şəhid olmuş və ya yaralanmış, habelə sağ qalmış şəxslərin şücaətindən, ümumiyyətlə, şəhidlik hadisəsinin mahiyyətindən bəhs edən 30 dəqiqəlik “Aprel qəhrəmanları: bir andan əbədiyyətə qədər” adlı sənədli film hazırlamaqdır.

MİM İB hesab edir ki, Aprel döyüşlərində əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqların geniş şəkildə təbliğ olunması və gənc nəslə çatdırılması həm cəsur hərbçilərimizin hərəkətlərini nümunə göstərmək, həm də insanlarımızı qarşıdakı şərəfli qələbəyə hazırlamaq üçün vacib addımdır.

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər