Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəbli geyimlərinin qiyməti ilə bağlı - AÇIQLAMA
Vahid məktəbli geyimlərinin qiymətində artım olmayıb.

Bunu teleqraf.com-a Bakı Tikiş Evi ASC-nin satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

Onun sözlərinə görə, hələlik məktəbli formaları əvvəlki qiymətlərə satılır: "Ötən il vahid məktəbli geyimlərinin satışında 7 faiz bahalaşma olmuşdu. Hələlik ötənilki qiymət qalır. Manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük”.

Etibar Əzimov məktbəli geyimlərinin qiymətini də xatırladıb.

O qeyd edib ki, məktəbli formaları aşağı siniflər üçün 40, yuxarı siniflər üçün 46 manatdır: "Yeni tədris ilinin başlanmasına yaxın müraciətlərin sayı aratcaq. Hələlik valideyn və uşaqlar istirahətdədir. Müştərilərimiz azdır.

Bakı, Sumqayıt və Xırdalan ərazisində filialımız var. Məktəbli geyimlərinə kimin ehtiyacı varsa, yaşadığı əraziyə yaxın mağazalardan da ala bilər”.

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Liderlərin görüşündə maraqlı söhbət
Son xəbərlər
Bütün xəbərlər »