Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda keçmiş hakim məhkəmə zalında həbs olundu

Nəsimi Rayon Məhkəməsində dələduzluq və rüşvətə təhrik etmədə təqsirləndirilən Tamerlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bizimyol info-un Trend-ə istinadən məlumatına görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prokuror təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbslə əvəz edilməsi haqqında vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib və T.Zeynalov məhkəmə zalında həbs edilib.

İttiham aktına əsasən, T.Zeynalov Asif Bağırova qarşı 20 min manat dələduzluqda təqsirləndirilir.

T.Zeynalov Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. Hazırda Vəkillər Kollegiyasının üzvü olan T.Zeynalov 2 saylı Vəkil Bürosunda fəaliyyət göstərirdi.

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »