Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın iki ölkəsi arasında divar tikilir

Yanvarın 28-də Danimarka Afrika mənşəli donuz qarayarası virusunun Krallıqda yayılmasının qarşısını almaq məqsədilə Almaniya ilə sərhəd boyu divar tikməyə başlayıb.

70 kilometrlik divarın tikintisi cari ilin payızına qədər yekunlaşmalıdır. Ölkənin ətraf mühitin mühafizəsi və ərzaq naziri Yakob Elleman-Yensen jurnalistlərə bildirib ki, bu divar, həmçinin qabanların kütləvi ovlanması infeksiya zəncirini qıracaq və Danimarkada Afrika mənşəli donuz qarayarası virusunun yayılması riskini azaldacaq.

Afrika mənşəli donuz qarayarası virusu insan üçün təhlükəli deyil, amma donuzların bir neçə gün ərzində kütləvi tələfatına səbəb olur. Yerli jurnalistlər xatırladırlar ki, bu virus ilk dəfə 2014-cü ildə Polşada aşkar olunub və onun daşıyıcısı olan qaban qonşu Belarusdan bu ölkənin ərazisinə daxil olub. Ötən ilin sentyabrında Belçikanın Lüksemburq və Fransa ilə sərhədində də virusa yoluxmuş heyvanların tapılması bütün ölkələri profilaktik tədbirlər görməyə məcbur edib və karantin zonasının yaradılması məqsədilə minlərlə qaban və donuz məhv edilib. Almaniyada heyvanların bu virusa yoluxması halları qeydə alınmasa da, Danimarka hökuməti xəstəlikdən qorunmaq üçün müvafiq tədbirlərin görülməsinə qərar verib.

Danimarka Avropada donuz ətinin əsas ixracatçılarından biridir. Hər il bu ölkənin 5 min fermasında 28 milyon donuz yetişdirilir. 2016-cı ilin statistik məlumatına görə, donuz əti Danimarka ixracatının 5 faizini (ildə 4 milyard avro) təşkil edir. (Publika.az)

Paylaş »
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Şəhid ailəsinə verilən inəkdən qəribə davranış - Nazirlikdən açıqlama
››› Ata Abdullayev məhkəmədə ağladı
››› Yeni Füzuli şəhərinin baş planı necə olacaq...
››› Ermənistan Hərbi Qənimətlər Parkının bağlanmasını istəyir
››› Rəqib komandanın qoluna sevinən futbolçunu məhşər ayağına çəkirlər - Video
››› “DSX-nın rəhbər şəxsləri hərbi biletimə haqsız yerə xidmətə uyğunsuzluq maddəsi vurub”
Son xəbərlər
Bütün xəbərlər »