Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük Komitəsi müsabiqənin qaliblərini mükafatlandırdı

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən 30 yanvar gömrük əməkdaşlarının peşə bayramına həsr olunmuş “Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar” mövzusunda yazı müsabiqəsinə yekun vuruldu.

Bu münasibətlə keçirilən tədbirdə müsabiqədə yet tutan jurnalistlər mükafatlandırıldı.

Mükafatlandırma mərasimini komitə sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov açaraq, Dövlət Gömrük komitəsində davamlı olaraq, geniş islahatlar prosesinin aparıldığını dedi.

Hüseynov bildirdi ki, bu islahatlar nəticəsində əldə edilən uğurların ictimaiyyətə çatdırılmasında mətbuatın böyük rolu var: “Dövlət Gömrük Komitəsinin 2018-ci ildə apardığı islahatlar çox önəmli olub. Bu yeniliklərin də işıqlandırılması həm bizim üçün, həm də siz jurnalistıər üçün çox vacibdir. Siz cəmiyyətlə bizim aramızda körpü rolunu oynayırsınız. Uğurlarımızın işıqlandırılmasında biz hər zaman sizinlə birgə fəaliyyət göstərmişik. Biz 2018-ci ildə Mətbuat Şurası ilə birgə bir sıra təlimlər, seminarlar və tədbirlər keçirdik və bundan sonra da bu tədbirlər davamlı olacaq”.

İsmayıl Hüseynov müsabiqədə yer tutan qalibləri təbrik etdi və onların bu müsabiqədə fəal iştirakını yüksək qiymətləndirdi.

Tədbirdə həmçinin Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxış edərək dedi ki, Azərbaycanda bir sira struktur və kadr islahatları başlanılıb və ilk islahatlar olan idarələrdən biri də Gömrük Komitəsi oldu: “Komitədə aparılan bu islahatlar, innovativ əsaslarla yeinləşmələr, onların özü ilə yanaşı, bütün cəmiyyət üçün də bir örnək rolu oynadı. Bu islahatlar kompleks rolunu daşıyır. Dövlət qurumları ilə media arasında bu cür əməkdaşlıq olduqca, bu həm medianın inkişafı üçün, həm də bu sahə üzrə peşəkarlaşması, cəmiyyətə informasiyanın düzgün çatdırılmasında vacib əhəmiyyət daşıyır. DGK-nin təşkil etdiyi layihələrə jurnalistlər böyük maraq göstərirlər və aparılan islahatları öz yazılarında peşəkarlıqla işıqlandırırlar”.

Tədbirin sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Qeyd olundu ki, keçən dəfə müsabiqəyə 27 yazı təqdim olunmuşdu. Bu dəfə isə müsabiqəyə 38 yazı təqdim olunub.

“Səs” İnformasiya Agentliyinin redaktoru Elgün Aslanov birinci, “Bakı-Xəbər” qəzetinin əməkdaşı Samirə Səfərova və “Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Aysel Oğuz ikinci, “Bizim yol” qəzetinin əməkdaşı Gülnarə Məmmədova və “Həftə içi” qəzetinin əməkdaşı Azad Əliyev üçüncü yerə layiq görüldülər.

Qeyd edək ki, birinci yerin qalibi 1000 (min) manat, ikinci yerin qalibləri 800 (səkkiz yüz) manat, üçüncü yerin qalibləri isə 500 (beş yüz) manat pul mükafatı, diplom və qiymətli hədiyyələrlə təltif olundular.

Daha 5 nəfər müsabiqə iştirakçısı isə həvəsləndirici mükafata layiq görüldü.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »