Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada qəlp pulların miqdarı azalır

Avropada 2018-ci ildə 563 min saxta əskinas tədavüldən çıxarılıb.

Bu barədə Avropa Mərkəzi Bankının (AMB) yaydığı məlumatda göstərilir.

Qeyd olunur ki, bu, əvvəlki illə müqayisədə, təqribən, 19 faiz azdır. Ekspertlər bunu əskinasların daha etibarlı müdafiə olunması ilə izah edirlər.

“Deutsche Welle”nin xəbərinə görə, Almaniyada qəlp əskinasların sayı 20 faiz azalaraq 58 mindən bir qədər çox olub. Qəlp pulların yetirdiyi maliyyə ziyanı 2017-ci ildəki, təqribən, 4,1 milyon avroya qarşı ötən il 3,4 milyonadək avro təşkil edib.

AMB-nin məlumatına görə, hazırda tədavüldəki avro əskinaslarının ümumi sayı 22 milyarddan çoxdur. (Report.az)

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »