Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Komitəsindən əlvan metalların hazır məhsul adı altında ixrac edilməsi iddiasına cavab
Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “ATEF” adlı şirkət tərəfindən xammal şəklindəki əlvan metalların hazır məhsul adı altında Bakı Baş Gömrük İdarəsində ixrac gömrük proseduranda kodu bilərəkdən dəyişdirilərək sənədləşdirildiyi və “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində həmin yükü daşıyan nəqliyyat vasitələrinin saxlanıldığı iddia edilib.

Dövlət Gömrük Komitəsindən Bizimyol.info-ya bildirilib ki, yazıda iddia olunduğu kimi gömrük orqanları tərəfindən ATEF şirkətinə məxsus yükləri daşıyan hər hansı nəqliyyat vasitəsi saxlanılmayıb: “Lakin qeyd olunan istiqamətdə başqa şirkətlərə məxsus nəqliyyat vasitələri saxlanılıb ki, hazırda da Qərb Ərazi Baş Gömrük İdarəsində müvafiq araşdırmalar aparılır. Üstəlik araşdırma konkret olaraq malların düzgün bəyan olunmaması istiqamətində aparılır və korrupsiya faktının mövcudluğu haqqında araşdırmaların nəticəsindən sonra fikir söyləmək mümkün ola bilər”.

Ramid İbrahimov

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »