Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2018-ci ilin nəticələrinə görə“Bank Respublika”nın aktivləri 40% artıb

Bank Respublika 2018-ci ilin maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb.

Hesabata əsasən, Bank ötən il pozitiv dinamikanı davam etdirməyə müvəffəq olmaqla əla əməliyyat və maliyyə nəticələri nümayiş etdirib.

Hesabata əsasən, bankın kapitalında 30% artım, aktivlərində 40% artım, kredit və depozit portfelindəisə 50% artım qeydə alınmışdır, qeyri-işlək kreditlərinin payı isə 2 dəfə azalaraq, 5%-dən aşağı düşmüşdür.

Nəticədə bankın xalis faiz mənfəəti 3 dəfə artaraq 25 milyon manat təşkil edib, bankın xalis əməliyyat mənfəəti isə 85% artaraq 9 milyon manatı keçib.

“2018-ci il bank üçün çox uğurlu olub, bunu biznesin bütün sahələri üzrə əldə etdiyimiz uğurlu maliyyə nəticələri təsdiqləyir. Bu ölkə üzrə bütün müştərilərə keyfiyyətli maliyyə xidmətləri göstərməyə çalışan komandamızın gərgin əməyinin nəticəsidir. Bu il biz kredit portfelinin sağlamlaşdırılmasıüzrə işləri və bankın yeni biznes strategiyasına uyğun olaraq struktur dəyişikliklərini yekunlaşdırdıq. Bu nəticənin əldə olunmasında bizimlə əməkdaşlıq edən və öz töhfəsini verən bütün müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirik!Ötən il əldə etdiyimiz uğurlar bizə gələcəyə inamla baxmağa və 2019-cu il üçün daha iddialı planlar qurmağa imkan verir” – deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Ətraflı məlumatı Bankın rəsmi internet saytından, facebook səhifəisindən, eləcə də 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Paylaş »
››› İşğaldan azad olunmuş ərazilərdə kimlərə iş verilir: "Çox gülünc şərtlər qoyulub"
››› Gözlənilən Moskva görüşü aranı qarışdırdı: İrəvanda mitinqlər başlayır
››› Hərbi təlimlərə çağırış anlaşılmazlığa səbəb oldu: Regionda yeni toqquşma gözlənilirmi...
››› ABŞ-da başlayacaq və dünyaya yayılacaq - Twitterin qurucusundan xəbərdarlıq
››› “Vəzifəli şəxs qanunsuz olaraq mülkümü söküb”
››› ÜST Baş Direktoru: Epidemiya biz istəyəndə bitəcək
››› “Bu, təkcə, Qubadlıya deyil, bütün azad olunmuş ərazilərə aid olacaq”
Son xəbərlər
Bütün xəbərlər »